AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Июль » 26 » Uşaq məhkumlar: uşaqlıq səhvi, peşmançılıq, yarımçıq qalan arzular... XÜSUSİ REPORTAJ
14:45
Uşaq məhkumlar: uşaqlıq səhvi, peşmançılıq, yarımçıq qalan arzular... XÜSUSİ REPORTAJ

02.06.2014
Hazırladı: Sevinc Vaqifqızı

Uşaqlar şüurlu və ya şüursuz cinayətlər törədir, cəmiyyətə zərər vurmaqla yanaşı, bizim gələcəyimizi də sual altında qoyurlar. 17 yaşlı Nicat Baxışlı da bu yeniyetmələr sırasındadır. O, 16 yaşlı bacısını 25 bıçaq zərbəsi ilə qətlə yetirib. Cinayət məcəlləsi 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə həbs olunub, 10 il müddətində azadlıqdan məhrim edilib.
 
Məhkum uşaq APA TV-yə törətdiyi əmələ görə peşman olmadığını deyir. İddia edir ki, 16 yaşlı bacısını namus üstündə öldürüb. Nicat törətdiyi qətlə görə peşman olmadığını deyir, amma arzularının yarıda qaldığını da gizlətmir. Deyir ki, əgər bu hadisə baş verməsə ali təhsilini tibb universitetində davam etdirəcəkmiş. Amma ...
 
Nicatın digər həmyaşıdı Ruslan Miroşçenko millətçə qaraçıdır. Ata-anasını erkən yaşlarında itirib. Cinayət məcəlləsinin 180 -ci yəni quldurluq , özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla olan basqın maddəsi ilə həbs olunub: "Məcbur idim bunu etməyə. 2 il 2 aydır, cəza çəkirəm,  hələ 6 il də çəkməliyəm. Valideynlərim rəhmətə gedib. Nənəmle qalırdım. İndi anlayıram ki azadlıq özü bir cənnətdir. Burda olmaq cəhhənəmdə olmaq kimidir".
 
Həmsöhbətim Abdullanın da 17 yaşı var. 1 il 3 aydır ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tərbiyə müəssisəsində tərbiyə olunur. Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə həbs olunub.
 
Ədliyyə Nairliyinin Pentinsiar Xidmətinin Tərbiyə Müəssisəsinin rəisi , ədliyyə-polkovnik leytenantı Araz Rzayev deyib ki, mənfi təsir altında böyüyən uşaqlar ömürlərini Azərbaycanda "uşaq kaloniyası" kimi tanınan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində cəza çəkməklə keçirməli olurlar: "Cinayət törədən uşaq və yeniyetmələrin sayı azalıb. Əgər 2009-cu ildə 60 uşaq tərbiyə olunurdusa, hazırda 34 uşaq və yeniyetmə var. Təəsüflər olsun ki, ağır ciyət törədirlər. Hazırda yeniyetmələr  daha çox oğurluq , qəsdən adam öldürmə,qulduqluqda ittiham olunurlar".
 
Uşaq cəzaçəkmə müəssisəsinin hər şəraitinin yaxşı olduğunu bildirən Araz Rzayevin sözlərinə görə, burada tək problem ağır cinayət törətmiş uşaqlarla, şüursuz şəkildə yüngül cinayət törətmiş uşaqların bir yerdə cəza çəkməsidir.
 
Rəsmi statistikaya görə, Azərbaycanda cinayətlərin 4 faizini uşaqlar törədir.

VIDEO -  http://apa.tv/video/10480

Просмотров: 386 | Добавил: Admin | Теги: Azərbaycan, məhkumlar, yetkinlik yaşına çatmayanlar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Июль 2014  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0