AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2016 » Февраль » 7 » Vəkil MTN təcridxanasındakı durumdan danışdı
07:02
Vəkil MTN təcridxanasındakı durumdan danışdı

10 Dekabr 2015 14:03
Cavad Cavadov: “Artıq həbsdə saxlanılan şəxslər qanunun tələbinə...”

Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun son 10 il ərzində Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılması yenidən gündəmə gəlib. 2007-ci ildə H.Məmmədov və digərləri haqda məhkəmə hökmü çıxarılandan sonra gözlənilənlərin əksinə olaraq, H.Məmmədovu Qobustan Qapalı Həbsxanasına köçürmədilər. Onu Cəzaların İcrası Məcəlləsinə zidd olaraq, MTN-in İstintaq  Təcridxanasında saxladılar.

Son 10 il ərzində bu məsələ zaman-zaman müzakirə mövzusuna çevrilib. Bu müzakirələr zamanı MTN-in İstintaq Təcridxanasında təqsirləndirilən şəxslərin hüquqlarının pozulması da üzə çıxıb. Ümumiyyətlə, MTN-in İstintaq Təcridxanasının olmasının qanuna zidd olduğu da belə müzakirələr zamanı xüsusi olaraq vurğulanıb.
   
Hazırda durum necədir? Eldar Mahmudovun MTN rəhbərliyindən uzaqlaşdırılması orada saxlanılan şəxslərin hüquqlarının reallaşması baxımından dəyişibmi?

Vəkil Cavad Cavadov deyir ki, hazırda durum müsbətə doğru dəyişib: “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqda” Azərbaycan Respublikası Qanununun tətbiqinə real olaraq başlanılıb. Bu da göründüyü kimi nazirliyin rəhbərliyinin dəyişməsi ilə bağlıdır. Artıq həbsdə saxlanılan şəxslər qanunun tələbinə görə zəng etmək hüququndan mütəmadi istifadə edirlər və ailələri ilə görüşmək hüququ təmin olunur. Bu təcridxananın hüquqi statusu məsələsini kənara qoysaq, bunu müsbət addım kimi dəyərləndirmək lazımdır. Çünki bu hüquqlar, bu təcxridxanada indiyə kimi təmin olunmurdu”.

E.MƏMMƏDƏLİYEV

http://musavat.com/news/olke/vekil-mtn-tecridxanasindaki-durumdan-danishdi_310784.html

Просмотров: 292 | Добавил: Admin | Теги: MTN, Azərbaycan, ömürlük məhbuslar, həbsxanalar, istintaq təcridxanalar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Февраль 2016  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
29

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0