AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2010 » Март » 21 » Vərəm: barmaqlıq arxasında saxlana bilməyən qatil
08:02
Vərəm: barmaqlıq arxasında saxlana bilməyən qatil
Cenevrə (BQXK) – Beynəlxalaq Qızıl Xaç Komitəsinə görə yer kürəsi boyunca vərəmin dəhşətli yayılmasının qarşısını almaq cəhdləri zəruri olanın çatışmaması gümanını ortaya qoyur, lakin buna baxmayaraq həmin xəstəlikdən əziyyət çəkən ölkələrdəki hökumət orqanları həbsxanalarda bu öldürücü xəstəliyin artmasını əngəlləmək üçün öz səylərini kifayət qədər artırırlar.

"Vərəm həbsxana kamerasında saxlana bilməyən sakit bir qatildir. O, ölümü günbəgün artiran və yaxınlaşdıran cox ağır bir xəstəlikdır" – deyə 24 martda qeyd olunacaq dünya vərəm günü qabağı BQXK-nın həbsxanada sağlamlıq üzrə koordinatoru Raed Aburabi söyləmişdir. "O, real təhlükə mənbəyi olan dərmana hədsiz müqavimət göstərmək əlamətlərinin artımı ilə nəticələnən mövcud müalicələrə bizim düşündüyümüzdən də tez uyğunlaşmışdır. Həbsxanadan kənarda vərəmin yayılması o vaxt dayandırıla bilər ki, onun həllinə içəridən başlansın".

Yer kürəsində hər üç nəfərdən biri vərəm yaradan mikroblara yoluxur və həmin iki milyard insandan onundan biri həyatlarının hansısa bir dövründə o xəstəliyə düçar olur. Çoxları tərəfindən keçmişin xəstəliyi hesab olunan vərəm dünyəvi olaraq geri qayıtmış sayılır və orta hesabla hər iyirmi saniyədən sonra bir nəfəri məhv edir.

Adamların coxluğu, zəif qidalanma və tələblərə cavab verməyən tibbi xidmət üzündən həbsxanalar həmin xəstəliyin hava ilə yayılması və artması üçün hər cür şəraiti olan bir yerdir. Həbsxana daxilində vərəmin təsir dairəsi bayırdakından hardasa 10-dan 40 dəfəyədək yüksək ola bilər, lakin xəstəlik yoluxucu olduğundan, o asanlıqla qarovulçulara, işçilərə, dustaqlara baş çəkməyə gələnlərə, xəstəliyə yoluxmuş, azad olunmuşların ailələrinə keçə bilər.

BQXK, həbsxanalarda vərəmə nəzarət etmək üçün Azərbaycan və Gürcüstan da daxil olmaqla bir düjün ölkənin islah əmək müəssisələrinin rəhbərləri ilə 10 ildən çoxdur ki, əməkdaşlıq edir.

"15 il öncə Azərbaycanda həbsxanalara baş çəkməyə başlayanda, biz vərəmin hər gün təxminən 300 məhbusu məhv etdiyini aşkarladıq. Törətdiyi cinayətdən asılı olmayaraq, onların coxunun həbsxana həyatı ölümlə nəticələnirdi." – BQXK-nın Bakı nümayəndəliyindən Nikolo Sadradze söyləmişdir. "Görülmüş ehiyat tədbirlərinə, inkişaf etmiş müayinə və diaqnoza, nəzarət altında aparılan müalicəyə və sonradan həkimin müşahidələrini davam etdirməsinə rəğmən ölkənin həbsxanalarının mərkəzləşdirilmiş vərəm xəstəxanasında ölüm hallarının sayı 20-yə enmişdir."

Müvafiq uğur Gürcüstanda da əldə edilmişdir, BQXK vərəmin müalicəsi ilə bağlı fəaliyyətlərini hökumət orqanlarına 24 martda təhvil verəcəklər.

Təcrübə göstərir ki, kifayət qədər təmiz hava və faydalı pəhriz yeməkləri daxil olmaqla inkişaf etmiş yaşayış şəraiti, vərəmin yayılması haqqında geniş məlumata yiyələnmə, vərəm dərmanlarının törətdiyi əlavə ağır təsirlər barədə xəstələrin daha məlumatlı olmaları fərqli bir nəticəyə gətirib çıxarır. BQXK eyni zamanda tövsiyyə edir ki, hökumət orqanları Dünya Səhiyyə Təşkilatının DOTS kimi tanınmış və hökumətin bu sahədə öhdəliyini, dava-dərmanla mütəmadi təminatı və müşahidə əsasında müalicəni tələb edən Vərəmə nəzarət strategiyasını həyata keçirsin.

Sadəcə olaraq vərəmdən əziyyət çəkənlər sağalmaq üçün aylar və bəzən illərlə uzanan çox bahalı, mürəkkəb və ağrılı müalicəni sona çatdırmaq üçün özlərində dözüm və güc tapmaqla bərabər, vərəmin yayıldığı ölkələrin hökumət orqanları da bu problemlə birbaşa məşğul olmaq və insanların həyatlarını xilas etmək məqsədilə onu daima nəzarətdə saxlamaq üçün siyasi mətanət nümayiş etdirməlidirlər", deyə M. Aburabi qeyd etdi.

"Bu xəstəliyə qalib gələrək ondan qurtulmaq üçün üzərinə düşən vəzifənin yerinə yetirilməsi, müsbət dəyişiklik və yaradıcı əmək tələb olunur və bu da bir gecənin ərzində baş vermir. Lakin əgər Azərbaycanın və Gürcüstanın həbsxanalarında şahidi olduğumuz irəliləyişlər səviyyəsində inkişaf daha geniş vüsət alarsa, bizim o qatilə qarşı mübarizə aparmaq şansımız bütün dünyada artacaq," deyə o əlavə etdi.

Jurnalistlər üçün qeyd: Məşhur Əfqan/İsveçrə fotojurnalisti Zalmai Azərbaycanda və Gürcüstanda müalicənin faydalarına və insanların həyatlarına vərəmin dağıdıcı təsirini əks etdirən bir sıra şəkillər çəkmişlər. Kütləvi-informasiya vasitələrinə bu şəkillərdən seçim etməyə icazə verilir.

Gulnaz Guliyeva
Press/Reporting Officer
International Committee of the Red Cross
Delegation in Azerbaijan
75 Fatalikhan Khoisky ave.
Baku AZ1110, Azerbaijan
T +99412 465 64 52, 440 62 22
F +99412 465 65 19
www.icrc.org

The ICRC - working to protect and assist people affected by armed conflict and other situations of violence. Find out more: www.icrc.org

Просмотров: 566 | Добавил: Admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Март 2010  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0