AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Январь » 2 » Bakı İstintaq təcridxanasında və 3 saylı İstintaq təcridxanasında qadağan olunmuş əşyalar aşkar edilərək götürülmüşdür
05:53
Bakı İstintaq təcridxanasında və 3 saylı İstintaq təcridxanasında qadağan olunmuş əşyalar aşkar edilərək götürülmüşdür
Penitensiar xidmətin, Bakı İstintaq təcridxanasının və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
25.09.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1971-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2 maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vüqar Sultan oğlu Əliyevin kamerasına baxış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən daxilində "Cin” danışıq kartı olan 1(bir) ədəd "Nokia” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür.
25.09.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında 1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.4; 185.1 maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Nazim Xəlil oğlu Əsgərovun zəruri istintaq hərəkətlərinin keçirilməsindən sonra təcridxanaya qaytarılan zaman üzərinə baxış keçirilərkən əynində olan alt paltarının içində gizlətdiyi 1(bir) ədəd "Nokia” markalı mobil telefon aparatı və ona məxsus şampun qabının içərisində sellofana bükülərək gizlədilmiş xalis çəkisi 2,161 qram narkotik maddə olan "tiryək” aşkar olunaraq götürülmüşdür.

Faktlar üzrə araşdırmalar aparılır. 

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi.

26.09.2013
Просмотров: 443 | Добавил: Admin | Теги: Bakı İstintaq təcridxanası, Azərbaycan, həbsxanalar, qaçaqmal, 3 saylı İstintaq təcridxanası | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0