AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2012 » Август » 5 » Cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi
03:53
Cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi

02.06.2012 - Cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi istiqamətində Penitensiar xidmətin tabe qurumlarında tədbirlərin keçirilməsi davam etdirilir

Cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradılması məqsədilə Penitensiar xidmətin tabeliyindəki cəzaçəkməəssisələrində tədbirlərin keçirilməsi davam etdirilir. Keçirilən tədbirlərdə müxtəlif dövlət təşkilatları və ictimai qurumların nümayəndələri də iştirak edirlər.

02.05.2012-ci il tarixdə Tərbiyəəssisəsində Əmək və əhalinin sosial müdafiəsi nazirliyi ilə Penitensiar xidmətin birgə tədbirlər planına əsasən cəza müddətinin sonuna 3 ay qalan məhkumların maarifləndirilməsi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə ƏƏSM nazirliyinin Dövlət sosial təminat xidmətinin, Xətai rayon ƏSMM - nin və Penitensiar xidmətin məsul əməkdaşları iştirak etmişlər. 

08.05.2012-ci il tarixdə Mədəniyyət və turizm nazirliyi ilə Penitensiar xidmətin birgə tədbirlər planına əsasən 10 saylı cəzaçəkməəssisəsində Dövlət Pontamima teatrının hazırladığı "Unutmayaq” adlı tamaşa məhkumlar üçün nümayiş etdirilmişdir.

09.05.2012-ci il tarixdə 6 saylı cəzaçəkməəssisəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş voleybol turnirinin final oyunu keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və idman baş idarəsinin, Azərbaycan Voleybol federasiyasının və Penitensiar xidmətin məsul əməkdaşları iştirak etmişlər.

15.05.2012-ci il tarixdə 9 saylı cəzaçəkməəssisəsində Penitensiar xidmətlə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına əsasən "Qeyri ənənəvi təriqətlər” mövzusunda seminar-treninq keçirilmişdir. Tədbirdə Dövlət Komitəsinin məsləhətçisi Nahid Məmmədov və Penitensiar xidmətin TİTİ-nin məsul əməkdaşları iştirak etmişlər.


Azərbaycan İstiqlal muzeyi ilə Penitensiar xidmətin birgə tədbirlər planına əsasən 16.05.2012-ci il tarixdə 15 saylı cəzaçəkməəssisəsində "Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı” mövzusunda məhkumlara qısametrajlı film nümayiş etdirilmişdir.


17.05.2012-ci il tarixdə Penitensiar xidmətlə Bakı dövlət universitetinin birgə tədbirlər planına əsasən 2 saylı cəzaçəkməəssisəsində "Azərbaycanda milli azadlıq hərəkatı” mövzusunda məhkumlar üçün mühazirə oxunmuşdur. Tədbirdə universitetin professoru Atamoğlan Məmmədli və Penitensiar xidətin TİTİ-nin əməkdaşları iştirak etmişlər.


18.05.2012-ci il tarixdə 12 saylı cəzaçəkməəssisəsində Əmək və əhalinin sosial müdafiəsi nazirliyi ilə Penitensiar xidmətin birgə tədbirlər planına əsasən cəza müddətinin sonuna 3 ay qalan məhkumların maarifləndirilməsi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə ƏƏSM nazirliyinin Dövlət sosial təminat xidmətinin, Qaradağ rayon ƏSMM - nin və Penitensiar xidmətin məsul əməkdaşları iştirak etmişlər.


18.05.2012-ci il tarixdə 1 saylı cəzaçəkməəssisəsində Bakı şəhər Gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə məhkumlar arsında şahmat turniri keçirilmişdir. Turnirin qalibləri mükafatlandırılmış, müəssisəyə idman ləvazimatları hədiyyə edilmişdir.


23.05.2012-ci il tarixdə 10 saylı cəzaçəkməəssisəsində Qlobal Fondun 9-cu raund QİÇS əleyhinə tədbirlər layihəsi çərçivəsində Bakı uşaq teatrının təqdim etdiyi "Qeyri-adi məhkəmə” tamaşasının nümayişi təşkil edilmişdir.

23.05.2012-ci il tarixdə Penitensiar xidmətin "Beynəlxalq əlillər cəmiyyəti ” ilə birgə tədbirlər planına əsasən yeni nəşr olunmuş "Məhbus əlillər üçün qanunlar toplusu” kitabının təqdimatı keçirilmişdir.

 

29.05.2012-ci il tarixdə 16 saylı cəzaçəkməəssisəsində Bakı şəhər Gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə məhkumlar arasında voleybol turniri keçirilmişdir. Turnirin qalibləri mükafatlandırılmış, müəssisəyə idman ləvazimatları hədiyyə edilmişdir.

 Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi

02.06.2012

http://penitensiar.justice.gov.az/xeberler/291.html

 

Просмотров: 506 | Добавил: Admin | Теги: Azərbaycan, məhkumlar, 1 saylı CÇM, 12 saylı CÇM, Sosial Adaptasiya, 2 saylı CÇM, 9 saylı CÇM, 6 saylı CÇM | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0