AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Январь » 2 » Həbsxanada vəziyyət nəzarətdən çıxıb?
05:27
Həbsxanada vəziyyət nəzarətdən çıxıb?
Həbsxanada vəziyyət nəzarətdən çıxıb?
Penitensiar Xidmət 2 saylı Cəzçəkmə Müəssisəsinə daxili qoşunların yeridiləcəyi iddia olunur
<http://bizimyol.info/?sehife=1&xeber=14821#>

10/9/2013 [10:27]

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) rejimə nəzarəti itirib. Bu barədə "Bizim Yol”a məlumatlı mənbədən xəbər daxil olub. Xəbərdə bildirilir ki, Penitensiar Xidmət bu CÇM-ə daxili qoşun qüvvələrinin yeridilməsini planlaşdırır. 2 saylı CÇM-də belə bir vəziyyət rəis dəyişikliyindən sonra başlayıb. Bir neçə il əvvəl burada sabiq rəis Nahid Xəlilov 17 saylı CÇM-in sabiq rəisi Eyvaz Əsgərovla əvəzlənib. Yeni rəisin təyinatından sonra "zon”da əvvəlcə sərt qaydalar tətbiq edilib. Bundan sonra Eyvaz Əsgərov 2 saylı CÇM-də "oğru vəziyyəti”nin yaradılması üçün bir qrup dustaqla danışıqlara başlayıb, "vəziyyət”in qurulması üçün aylıq "haqq” təyin edilib. Amma "vəziyyət” qurulandan az sonra dustaqlar arasında narazılıq artmağa başlayıb. Bu yaxınlarda isə dustaqlar arasında "zon”da hökm sürən "oğru vəziyyəti”nə etimadsızlıq dalğası baş qadırıb. Adətən, dustaqlar cəza çəkdikləri "zon”da "oğru vəziyyəti”nin olmasını arzulasalar da, bu dəfə situasiya fərqli alınıb. Böyük bir qrup dustağın fikrincə, hazırda "zon”da mövcud olan vəziyyət heç də "oğru vəziyyəti” deyil və bu, daha çox "poqon”ların nəzarətində olan bir "vəziyyət”dir. Elə buna görə də bir qrup dustaq qanuni oğrulara 2 saylı CÇM-də baş verənlərlə bağlı "kurs qoyublar” (yəni onları məlumatlandırıblar). Bu günlərdə isə qanuni oğruların "zon”da yaranmış durumla bağlı "proqon”u CÇM-ə daxil olub ("proqon” qanuni oğruların hər hansı mövzuda qəbul etdikləri qərardır). "Proqon”da bildirilir hazırda 2 saylı "zon”da mövcud olan "vəziyyət”in oğru aləminə heç bir dəxli yoxdur.
Bundan sonra "zon”da durum daha da gərginləşib. Dustaqlar hazırda mövcud olan "vəziyyət”in təsisatlarına başçılıq edən dustaqları tanımaqdan imtina edirlər, "vəzifəlilər” isə "vəziyyət”i təhvil vermək istəmirlər. Mənbə bildirir ki, belə situasiyalarda qiyam ehtimalı artır. Ədliyyə personalı qiyamı önləmək üçün dustaqlarla ifrat dərəcədə ehtiyatla davranırlar, rejim qaydalarına qayıdış böyk riskə çevrilir və bu üzdən daxili qoşun qüvvələrinin "zon”a yeridilməsi zərurəti yaranır.
Hər hansı "zon”a daxili qoşunların yeridilməsi proseduruna gəlincə, bu, aşağıdakı kimi baş verir: Penitensiar xidmət daxili qoşunların rəhbərliyinə müraciət edir, "zon”da fəallığı ilə seçilən 50-60 dustağın siyahısı daxili qoşun qüvvələrinə təqdim edilir. Bundan sonra əvvəlcədən hazırlanan məxfi plana əsasən heç kimin gözləmədiyi anda daxili qoşunlar "zon”a daxil olur. Bu andan etibarən həmin "zon”da idarəçilik tam olaraq daxili qoşunların əlinə keçir. Bu reyd bir və ya bir neçə gün davam edə bilər.
Azərbaycanda CÇM-lərə daxili qoşunların yeridilməsi proseduru bütün hallarda ifrat zorakılıqla müşayiət olunur. Adətən, belə prosedurdan sonra ölüm halları da baş verir, lakin ölümün əsl səbəbləri ört-basdır edilir. Əvvəllər də 2 saylı CÇM-ə daxili qoşun qüvvələri yeridilib. 2006-cı ildə "oğru vəziyyəti”nin dağıdılması üçün 2 saylı "zon”a yeridilən daxili qoşun qüvvələrinin zorakı davranışı hələ də heyrətlə xatırlanır. O zaman daxili qoşunlar səhər saat 5-00 radələrində "zon”a daxil olublar. Xüsusi hazırlanmış itlərlə "zon”a daxil olan qoşun qüvvələri yataqxanaların yerləşdiyi hər üç korpusu mühasirəyə alıblar. Daha sonra 1200-dək dustağı korpusların qarşısındakı meydançaya yığıblar. Vahimə yaratmaq üçün əvvəlcə dəyənəklərlə sağa-sola qarşılarına çıxan istənilən dustağı qanına qəltan ediblər. Həmçinin itlərin dişindən keçirilən dustaqlar da olub. Daha sonra dustaqlara dizi üstə çökmək əmri verilib. Cinayət aləmində "poqon”ların əmrinə əməl edib dizi üstə çökmək "əskiklik” sayıldığına görə xeyli sayda dustaq əmrə tabe olmaqdan imtina edib. Sonra qoşun qüvvələri "zon”un çıxışına qədər hər iki tərəfdən düzülməklə təxminən 150 metr uzunluğunda "dəhliz” düzəldiblər və "əyilməz” dustaqları qışın şaxtasında alt paltarlarınadək soyundurub həmin "dəhliz” boyunca "zon”un çıxışına tərəf qovublar. "Dəhliz” boyunca hərəkət edən dustaqları fasilə vermədən vəhşicəsinə dəyənəklərlə vurublar. Artıq "zon”un çıxış həyətində onları gözləyən xüsusi maşınlara çatanadək bir çox dustaq huşunu itirib. Sonra onları qana boyanmış halda 3 saylı İxtisaslaşdırılmış Cəzaçəkmə Müəssisəsinə (Penitensiar Xidmətin Vərəm Dispanserinə) aparıblar və orada karser kameralarına yerləşdiriblər. Bir neçə gün ərzində onları orada saxlayıblar ki, "təbii” yolla saf-çürük edə bilsinlər. Həmin müddətdə dəyənək zərbələrindən yaranan daxili qanaxma nəticəsində ölən dustaqlara "vərəm” diaqnozu ilə ölüm aktı tərtib edilib, vəhşi hücumdan sağ çıxanları isə məhkəmə qarşısına çıxarıb barələrində cəzasının müəyyən hissəsini Qobustan qapalı tipli həbsxanasında çəkmək barədə qərar çıxarıblar.
Mənbə iddia edib ki, bu dəfə yenidən həmin "zon”u eyni tale gözləyir. CÇM rəisləri isə adətən, bu situasiyadan istifadə edib qərəzli olduqları bəzi dinc dustaqların da adlarını daxili qoşunlara verirlər.
Mənbənin sözlərinə görə, hazırda Penitensiar Xidmət bu reydin indi, yoxsa prezident seçkilərindən sonra həyata keçirilməsi üzərində baş sındırır. Daxili qoşunların "zon”a yeridilməsi böyük səs-küyə səbəb olacağı qaçılmazdır və seçki ərəfəsində buarzuolunmazdır, ona görə də ehtiyatlanmalar var. Mövzunu diqqətdə saxlayacağıq.

P.S. Növbəti sayımızda məqalədəki iddialarla bağlı Penitensiar Xidmətin mövqeyini dərc etməyə çalışacağıq.

Şahin

Penitensiar Xidmətdən "Bizim Yol"un xəbərinə MÜNASİBƏT

Mehman Sadıqov: "Vəziyyət tam nəzarət altındadır"
<http://bizimyol.info/?sehife=1&xeber=14846#>

10/9/2013 [14:53]

Ədliyyə Nazirliyi Penitensiar Xidməti  "Bizim Yol” qəzetinin 10 sentyabr 2013-cü il tarixli sayında  dərc olunmuş  "Həbsxanada vəziyyət nəzarətdən çıxıb?” sərlövhəli məqaləyə <http://bizimyolinfo.com/?sehife=1&xeber=14821> münasibət bildirib. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindin rəisi Mehman Sadıqov qəzetimizə açıqlamasında bildirib ki, 2 saylı Cəzaçəkmə müəssisəsində rejimə nəzarətin itməsi, müəssisədə kriminal aləmin ideyalarına meyl göstərən məhkumlar tərəfindən digər cəza çəkənlərin hüquqlarının pozulması və həmin müəssisəyə guya daxili qoşun qüvvələrinin yeridilməsinin planlaşdırılması barədə məlumatlar həqiqətə uyğun deyil.  Dərc olunmuş yazı ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar xidməti aşağıdakıları bildirir:/
"2 saylı cəzaçəkmə müəssisəsində, eləcə də digər penitensiar müəssisələrdə vəziyyət tam nəzarət altındadır. Məhkumların hüquq və qanuni mənafeləri tam qorunur və hər hansı narahatçılıq üçün heç bir əsas yoxdur. Son müddət ərzində digər müəssisələrdə olduğu kimi 2 saylı cəzaçəkmə müəssisəsində də məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların xüsusi peşə təhsilinə, ictimai faydalı əməyə cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərin arasında məhkumlara göstərilən sosial və psixoloji yardımlar xüsusi diqqət mərkəzindədir. Görülmüş işlər məhkumlar və onların yaxınları tərəfindən rəğbətlə qarşılanır.
Penitensiar xidmət, Ədliyyə Nazirliyinin digər qurumlarının əməkdaşları, habelə qeyri - hökumət təşkilatları və beynəlxalq qurumlar tərəfindən cəzaçəkmə müəssisələrinə mütəmadi olaraq baş çəkilir, məhkumların saxlanma şəraiti, cəzaların icrası və çəkilməsi qaydalarına riayət edilməsinə tam nəzarət olunur. ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təşkilatların nümayəndələri, habelə İnsan Hüquqları Üzrə Azərbaycan Respublikasının Müvəkkili və eləcə də Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri mütəmadi olaraq bütün müəssisələrdə monitorinqlər keçirir, nəticələr barədə kütləvi informasiya vasitələrinə müvafiq məlumatlar verirlər.
Qeyd olunmalıdır ki, vaxtaşırı olaraq cinayətkar aləmin ideyalarına meyl göstərən şəxslər bu və ya digər formada cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının fəaliyyətinə, məhkumların davranışına müəyyən təsir etmək cəhdləri edirlər. Bu niyyətlərin əsas məqsədi cəzaçəkmə müəssisələrində qanunvericiliklə qadağan olunmuş qurumların yaradılmasını, narkotik vasitələrin və digər qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsini təmin etməkdən ibarətdir. Lakin həm Penitensiar xidmətin, həm də tabe qurumların əməliyyat aparatları tərəfindən bu cəhdlərin qarşısı qətiyyətlə alınır və bütün lazımi profilaktik tədbirlər həyata keçirilir.
Məqalədə iddia edildiyi kimi, cəzaçəkmə müəssisələrinə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların yeridilməsi fikri isə tamamilə absurddur. Penitensiar xidmət Ədliyyə Nazirliyinin tabeliyində olan qurumdur. Penitensiar Xidmətin özünün Mühafizə Alayı və onun tərkibində müasir texnika ilə təchiz olunmuş yüksək hazırlıqlı Xüsusi Təyinatlı Bölüyü vardır. Əgər hansısa cəzaçəkmə müəssisəsində işçi heyətinin qanuni tələblərinə tabe olmamağa, müəssisənin iş fəaliyyətini qərəzli surətdə pozmağa cəhd göstərilərsə, məhkumların və yaxud əməkdaşların həyat və sağlamlığı üçün təhlükəli şərait yaranarsa, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin, Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının və "Azərbaycan Respublikasının penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında Təlimat”ın tələblərinə tam müvafiq olaraq həmin qüvvələrdən istifadə edilərək təhlükəsizlik tədbirləri həyata keçirilə bilər".

Rəşad VAQİFOĞLU
Просмотров: 450 | Добавил: Admin | Теги: 2 saylı CÇM, Azərbaycan, həbsxanalar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0