AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Август » 1 » İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilmişdir
16:54
İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilmişdir

Ölkəmizdə aparılan hərtərəfli ədliyyə islahatları çərçivəsində penitensiar sistemin müasirləşdirilməsi, məhkumların hüquqlarının qorunması üzrə ardıcıl tədbirlər görülür, bu sahədə ictimai nəzarətin həyata keçirilməsi məqsədilə 2006-cı ildən Azərbaycan Respublikası ədliyyə nazirinin yanında İctimai Komitə fəaliyyət göstərir.

Komitə tərəfindən penitensiar müəssisələrə müntəzəm olaraq 300-dən çox başçəkmə həyata keçirilmiş, 400-dən artıq məhkuma müxtəlif məsələlərlə bağlı hüquqi yardım göstərilmiş, nəticələri üzrə tövsiyə və hesabatlar təqdim olunmuş, bununla bağlı zəruri tədbirlər görülmüşdür.

Nüfuzlu ictimaiyyət nümayəndələrinin təmsil olunduğu Seçki Komissiyası tərəfindən formalaşdırılmış İctimai Komitənin iyunun 8-də yeni tərkibdə ilk iclası keçirilmişdir. İclasda qurumun son bir illik fəaliyyəti dövründə görülmüş işlər müzakirə olunmuş, hüquq-müdafiəçisi Çingiz Qənizadə növbəti dəfə qurumun koordinatoru seçilmişdir.

Tədbirə qatılan ədliyyə nazirinin müavini Toğrul Musayev ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən penitensiar sistemdə gedən köklü dəyişikliklərdən, o cümlədən məhkumların hüquqlarının daha səmərəli təmin edilməsi, saxlanma şəraitinin yaxşılaşdırılması, bu sahədə şəffaflığın artırılması üzrə tədbirlərdən danışmış, məhkumların islah edilməsində, cəzaçəkmə müəssisələrinin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində, görülən işlərin cəmiyyətə obyektiv təqdim olunmasında İctimai Komitənin fəal rolunu qeyd etmişdir.

İclasda Komitə üzvləri aparılan uğurlu penitensiar islahatların, əsaslı dəyişikliklərin şahidi olduqlarını vurğulamış, məhkumların hüquqlarının qorunması və digər məsələlərlə bağlı konkret təkliflər irəli sürmüşlər. Ədliyyə Nazirliyi tərəfindən qurumun üzvlərinə hər cür şərait yaradıldığına görə minnətdarlıq bildirilərək səylərin daha da artırılacağı bəyan edilmişdir.

09/07/2013

http://justice.gov.az/view_full.php?id=479

Просмотров: 531 | Добавил: Admin | Теги: Azərbaycan, həbsxanalar, İctimai Komitə | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Август 2013  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0