AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2016 » Февраль » 16 » İntihar edən ömürlük məhbusun bacısı danışdı
07:20
İntihar edən ömürlük məhbusun bacısı danışdı

Onun intihar etmək məqsədi yox idi, axırıncı dəfə danışanda bizdən bağlama istədiyini demişdi. Fevralın 3-ü bağlama üçün zəng edəcəkdi. Amma etmədi.

 

Bu sözləri Axar.az-a Qobustan həbsxanasında intihar edən məhbus 1975-ci il təvəllüdlü Sübhay İbrahimovun bacısı Zəminə Əsgərova deyib.

 

Onun sözlərinə görə, sonuncu telefon danışığında qardaşı gələcəyə ümidli olub:

 

“O, anamdan ona dağ çiçəkləri, çay, qənd, bəhməz, sabun və elektrik qəhvədanı göndərməsini istəmişdi. Dedi ki, ayın 3-ü zəng edəcəm. Sizə deyəndə göndərərsiniz. Daha sonra mənim balaca oğlumun şəkillərini istəmişdi ki, ona hədiyyə hazırlasın. Zəngini gözləyirdik. Amma dünən xəbər aldıq ki, həbsxanada intihar edib. Anam çox pis olub. 64 yaşı var, ürəyi dözmür buna. Tək istəyi həqiqətlərin ortaya çıxmasıdır. Bəlkə onda rahatlıq tapar”.

 

Mərhumun bacısının sözlərinə görə, Sübhay İbrahimov Qobustan həbsxanasına sentyabr ayında köçürülüb.

 

O, qardaşının ömürlük həbsinə səbəb olan cinayət hadisəsini isə bu cür şərh edib:

 

“O, vaxt qardaşım içkili olub. Görünür, onu bərk əsəbiləşdiriblər və bu cinayət hadisəsinə səbəb olub. O, heç vaxt heç kimə pislik etmək istəməyib. Çox mərhəmətli insan olub. Kimisə öldürməsi heç vaxt ağlımıza gəlməzdi. O, vicdanlı insan idi. Cinayət prosesi gedənə qədər qardaşım nə hallara düşdü, saçları ağardı, dişləri töküldü. Fəhlə adam idi, çobanlıq edib birtəhər dolanırdı”.

 

Xatırladaq ki, intihar edən məhbus Sübhay İbrahimov iki dəfə ailəli olub. Onun hər iki evliliyindən bir oğlu var.

 

Mərhumun törətdiyi cinayət hadisəsi isə 23 noyabr 2014-cü ildə baş verib. 1 il əvvəl Məmmədovlar ailəsinin ruhi xəstə olduğu deyilən qızı ilə ailə quran Subhay bu evliliyi cəmi bir gün sürdürə bilib. Qətlə yetirdiyi şəxslər də ayrıldığı qadının ailə üzvləri olub.

 

Qocaları qətlə yetirən zaman sərxoş olan Sübhay İbrahimov istintaqa ifadəsi zamanı onları tamah məqsədilə öldürdüyünü təsdiq edib. Gecə saatlarında keçmiş qayınatasının evinə gələrək ondan pul tələb edib, rədd cavabı aldıqda isə əvvəlcə Tahir Məmmədovu, daha sonra isə Sona Məmmədovanı yumruqla vurub. 80 yaşlı qarı Sübhayı polisə xəbər verəcəyi ilə hədələdikdə isə həyətdəki balta ilə əvvəlcə Tahir Məmmədovu, sonra isə onun həyat yoldaşınıı vuraraq qətlə yetirib. 

 

Sübhay İbrahimov Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2015-ci il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

1975-ci il təvəllüdlü Sübhay İbrahimov həbsxananın korpus üzrə tərtib olunmuş cədvəlinə əsasən çimmək üçün hamam otağına daxil olub və orada yumaq məqsədilə özü ilə gətirdiyi istifadəsində olan mələfəni nəfəsliyə bərkidilmiş dəmir barmaqlıqlara bağlayaraq özünü asıb.

 

Həbsxananın tibb sanitar hissəsinin və ərazi üzrə çağırılmış təcili tibbi yardım həkimlərinin göstərdiyi ilkin tibbi yardıma baxmayaraq, məhkum S.İbrahimov vəfat edib.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Просмотров: 44 | Добавил: Admin | Теги: Azərbaycan, intiharlar, Qobustan Həbsxanası, ömürlük məhbuslar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Февраль 2016  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
29

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 62

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0