AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Август » 1 » İran və Azərbaycan məhbus mübadiləsi edəcək
16:58
İran və Azərbaycan məhbus mübadiləsi edəcək
/26/07/2013 [18:53]
 http://moderator.az/?xeber=31251
 
"Bu gün Azərbaycan Respublikası, Türkiyə, Küveyt və Yaponiya həbsxanalarında İran vətəndaşlarının sayı çoxdur. Bu vətəndaşlar həmin ölkələrin qanunlarını pozduqlarına görə azadlıqdan məhrum ediliblər”.

Moderator.az-ın APA-ya istinadən məlumatına görə, bunu İranın ədliyyə nazirinin müavini və məhkumların dəyişdirilməsi üzrə işçi qrupunun rəhbəri Seyidəli Riysəlsadəti bildirib.

Onun sözlərinə görə, beynəlxalq hüquq İran hökumətini həmin məhkumlarla bağlı addımlar atmağa imkan verir: "Ancaq bununla belə, İran vətəndaşlarından xarici ölkələrdə ölkəmizin nüfuzuna xələl vuracaq hərəkətlər etməməsini istəyirik”.

S.Riysəlsəadəti deyib ki, İranda qanunları pozduğuna görə azadlıqdan məhrum edilmiş və hazırda həbsxanalarda cəzalarını çəkən Azərbaycan vətəndaşları var: "Eyni zamanda Azərbaycanda da bu ölkənin qanunlarını pozduğuna görə azadlıqdan məhrum edilmiş və hazırda həbsxanalarda cəzalarını çəkən İran vətəndaşları var. Ancaq iki ölkə arasında məhbusların mübadiləsinə dair müqavilə imzalanıb. Həmin razılaşmaya əsasən, həmin məhkumların mübadiləsini həyata keçirəcəklər”.      
Просмотров: 525 | Добавил: Admin | Теги: Azərbaycan, məhbuslar, əcnabilər | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Август 2013  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0