AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2015 » Октябрь » 31 » Lökbatanda məhkumları daşıyan maşın qəzaya düşdü
04:41
Lökbatanda məhkumları daşıyan maşın qəzaya düşdü

27 İYUL 2015 17:47

6 məhkum və nəzarətçilər müxtəlif dərəcəli xəsarətlər alıb, qəzada 1 sürücü ölüb
 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətə məxsus olan, məhkumların daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitəsi ilə “Pajero” markalı avtomobil toqquşub. “Yeni Müsavat”a daxil olan məlumata görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində baş vermiş qəza zamanı “Pajero” markalı avtomobilin sürücüsü dünyasını dəyişib.
 
Daxili İşlər Nazirliyi saytında yer alan məlumatda bildirlir ki, iyulun 25-də 17 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Elxan Hacıyevin idarə etdiyi “Toyota” və Tofiq Xudabaxşiyevin idarə etdiyi “QAZ-3309” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, E.Hacıyev orada ölüb. Saytda məhkumları daşıyan “QAZ-3309” markalı avtomobildə məhkumların xəsarət alıb-almaması haqda məlumat verilmir.

Verilən məlumata görə, olay məhkumlar məhkəməyə aparılarkən baş verib. Qəza zamanı sürücüdən başqa  nəzarətçilər və 6 məhkum müxtəlif dərəcəli xəsarətlər alıblar.  Qəzanın “Pajero” markalı avtomobilin yüksək sürətlə idarə olunması və yolun əks tərəfinə çıxması səbəbindən baş verdiyi bildirilir. Hazırda faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
 
(musavat.com)

http://www.azadliq.info/xeberler/358-xeber/71042-loekbatanda-mhkumlar-dayan-man-qzaya-duedue.html

Просмотров: 290 | Добавил: Admin | Теги: Azərbaycan, məhkumlar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Октябрь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0