Главная » 2013 » Июнь » 19 » Penitensiar müəssisələrdə məhkumların ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində tədbirlər həyata keçirilir
01:59
Penitensiar müəssisələrdə məhkumların ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində tədbirlər həyata keçirilir
Məlumat verildiyi kimi, məhkumların ictimai
faydalı əməyə cəlb olunmaları ilə bağlı həyata keçirilən
tədbirlər sayəsində son zamanlar irəliləyişlərə nail olunmuş,
əvvəlki illə müqayisədə son bir il ərzində daha 1000 nəfər
məhkum işlə təmin olunmuşdur. Bununla belə daha geniş məhkum
kütləsinin əməyə cəlb olunmasının zəruriliyi nəzərə alınaraq
yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər görülür.
Bu sahədə həyata keçirilən son tədbir 7 saylı cəzaçəkmə müəssisəsində daha 5 nəfər məhkumun işlə təmin olunmasına şərait yaratmış istixananın təşkili olmuşdur. Belə ki, müəssisənin istehsalat sahəsində istifadəsiz olan 250 kv. metr sahədə istehsalatdan əldə edilmiş əlavə gəlir hesabına tərəvəz məhsullarının yetişdirilməsi məqsədilə bütün tələblərə cavab verən istixana təşkil edilmişdir. Cəza çəkənlərin mövcud imkanlar hesabına haqqı ödənilən əməyə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi