AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Июнь » 11 » Penitensiar xidmətin Baş idarəsində vətəndaş cəmiyyətində qeyri-hökumət təşkilatlarının roluna həsr olunmuş tədbir keçirilmişdir
16:29
Penitensiar xidmətin Baş idarəsində vətəndaş cəmiyyətində qeyri-hökumət təşkilatlarının roluna həsr olunmuş tədbir keçirilmişdir

22 January, 2014 15:30:00

22 yanvar 2014-cü il tarixdə Ədliyyə nazirliyinin Penitensiar xidmətinin Baş idarəsində ölkəmizdə dövlət siyasətinin əsas prioritetlərindən olan vətəndaş cəmiyyəti quruculuğu və bu siyasətin əsasını təşkil edən qeyri-hökumət təşkilatlarına yeni yanaşma ilə xidmət əməkdaşlarının tanış olmaları məqsədilə tədbir keçirilmişdir. 
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov iştirak etmişdir. 
Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev tədbiri açaraq qeyd etdi ki, bu gün Azərbaycan dövlətinin dinamik inkişafını siyasi islahatlarsız, daxili ictimai-siyasi proseslərdə vətəndaşların fəal iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Bu sahədə artıq ölkə rəhbərliyi siyasi iradə nümayiş etdirmiş, əhəmiyyətli işlər görülmüş, müvafiq hüquqi baza formalaşdırılmışdır. Qeyd olunmuşdur ki, bu istiqamətdə həyata keçirilmiş ən mühüm tədbirlərdən biri dövlətin vətəndaş cəmiyyətinin qurulması siyasətini icra edən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətidir.  
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov Şuranın fəaliyyətini təqdim etməklə, xidmət əməkdaşlarına dolğun məlumat vermişdir. Dövlətin idarə edilməsində, cəmiyyətin problemlərinin müəyyənləşdirilməsində və aradan qaldırılmasında vətəndaş cəmiyyəti təşkilatlarının təşəbbüslərinin əhəmiyyəti xidmət əməkdaşlarının nəzərinə çatdırılmışdır. 
Tədbirdə yeni qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu barədə məlumat verilimiş və qanunda dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi məqsədilə İctimai Şuraların yaradılmasının nəzərdə tutulduğu bildirilmişdir. Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi tərəfindən xüsusilə vurğulanmışdır ki, həmin ictimai şuraların yaradılmasında bu qanunun qəbul edilməsindən xeyli əvvəl Azərbaycan Respublikasının Ədliyyə Naziri I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun xüsusi təşəbbüsü ilə 2006-cı ildə yaradılmış penitensiar müəssisələrin fəaliyyətinə nazarəti həyata keçirən İctimai Komitənin işi əsl örnək kimi qəbul olunur. 

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi.

22.01.2014

Просмотров: 356 | Добавил: Admin | Теги: Penitensiar Xidmət, ictimai control, həbsxanalar, Azərbaycan | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Июнь 2014  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0