AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Июнь » 11 » Penitensiar xidmətin tarix muzeyi
19:52
Penitensiar xidmətin tarix muzeyi

http://penitensiar.justice.gov.az/tarix_muzeyi/456.html

Penitensiar xidmətin çətin, zəngin tarixini öyrənmək, həbs olunmuş şəxslərin və məhkumların hüquq və qanuni mənafelərinin qorunması sahəsində müsbət fəaliyyətini indiki və gələcək nəsillərə çatdirmaq, sahənin yaxşı ənənələrini qoruyub saxlamaqla varisliyi təmin etmək, kadrların gənc nəslini bu sistemin qabaqcıl ənənələri ruhunda tərbiyə etmək məqsədi ilə "Penitensiar Tarix Muzey” nin yaradılması haqqında Ədliyyə Naziri tərəfindən əmr imzalanmış və bu məqsədlə işçi qrupu yaradılmışdır. Ən başlıcası isə budur ki, bu muzey hər hansı bir proftssional mütəxəssislər tərəfindən deyil Penitensiar xidmətin bir qrup əməkdaşı tərəfindən yaradılmışdır. Penitensiar Tarix Muzeyinin açılış mərasimi ümummilli Lider Heydər Əliyevin anadan olmasının 80-ci ildönümü ərəfəsinə - 09 may 2003-cü ilə təsadüf edir. Açılış mərasimində Azərdaycan Respudlikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədov, Prezident Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərov, Milli Məclisin bir qrup deputatları və digər məsul şəxslər iştirak etmişlər.


Muzeyin ən böyük bölməsi olan 1-ci bölmə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə həsr edilmişdir. Mərkəzdə Ulu öndərin postament üzərində uca heykəli diqqəti cəlb edir. Zal Heydər Əliyevin uşaqlıq, gənclik və həyatının sonrakı dövrlərini əks etdirən sənəd və şəkillərdən, respublikaya rəhbərlik etdiyi, dövlət təhlükəsizlik orqanlarında fəaliyyəti dövrünü əks etdirən şəkil və sənədlərdən ibarət eksponatlardan, ədliyyə sistemi ilə əlaqədar Fərman və Sərəncamların böyüdülmüş surətlərindən ibarətdir. 
Muzeyin 2-ci bölməsi Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətini əks etdirən əsas stenddən və Ədliyyə Nazirliyinin, Penitensiar xidmətin rəhbərliyinin müxtəlif tədbirlərdən, görüşlərdən fraqmentlərini əks etdirən fotoşəkillərdən ibarətdir. Bu zalda həmçinin muzeyin fəxri qonaqlarının öz təəssüratlarını qeyd etmələri üçün xatirə kitabı da qoyulmuşdur.
Muzeyin 3-cü bölməsi "Tariximizin qan yaddaşı” adlanır. Bu bölmə keçən əsrin 30-cu illərinin repressiyaladan, erməni terrorunun qurbanları olan azərbaycan və türk diplomatlardan, 20 yanvar və Xocalı faciələrindən, Bakida metroda törədilən terror aktından, Dağlıq Qarabağ dəhşətlərindən bəhs edən eksponatlardan ibarətdir. Zalın mərkəzində xilaskar türk əsgərinə və Xocalı 

faciəsinə həsr olunmuş abidə ucalır. Bölmədə Ulu öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün büstləri və onlardan sitatlar yazılmış şüşə lövhələr diqqəti cəlb edir.
Muzeyin 4-cü bölməsi Penitensiar xidmətin veteranlarına həsr olunmuşdiur. Bölmədə vaxtilə Penitensiar xidmətin rəisi olmuş Sovet İttifaqı Qəhrəmani, qeneral mayor Səlahəddin Kazimovun, mühafizə alayının komandiri olmuş Nəsib Əliyevin və bu xidmət sahəsinin bir sıra veteranlarının həyat və fəaliyyəti haqqında materiallar, onlara məxsus xüsusi geyim formaları və digər şəxsi əşyalar eksponat kimi təqdim olunur.
Muzeyin 5-ci bölməsində Penitensiar xidmətin müxtəlif dövrlərdə strukturun, əməkdaşların idman nailiyyətini, Mühafizə Alayının, Konvoy Taborunun, müəssisələrin fəaliyyətini əks etdirən yazi və şəkillərdən ibarət stendlər, məhkumların əl işləri olan suvenir nümunələri, müxtəlif dövrlərdə qüvvədə olan əmr və təlimatların nümunələri, ədalət ilahəsinin mərkəzdə yerləşdirilmiş heykəli və s. diqqəti cəlb edir. 
Muzeyin 6-cı bölməsi – 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti dövründə ədliyyə sisteminə dair sənədlərdən, o dövrün pul əskinazlarından, sovet hakimiyyəti illərində cəzaçəkmə sisteminə aid sənsd və şəkillərdən, xüsusi kontinqentin geyim forması nümunələrindən, cəzaçəkmə müəssisələrində istehsal olunan əşyaların nümunələrindən, həbsxana kamerasının və cəzaçəkmə müəssisələrinin nəfis şəkildə dəqiqliklə işlənmiş maketlərindən ibarətdir.

Muzeyin 7-ci bölməsi qədim zamanlarda və orta əsrlərdə həyata keçirilən cəza növlərini əks etdirən maketlərdən, Bayıl həbsxanasının dəqiqliklə işlənmiş maketindən, sovet dövründə və ondan əvvəl azərbaycanın müxtəlif bölgələrində yerləşən həbsxanaların qalıqlarına dair fotoşəkillərdən ibarətdir. 
Penitensiar xidmətə işə qəbul olunan orta və kiçik rəis heyəti əməkdaşları, tədris mərkəzində kurs keçən müxtəlif xidmət sahələrinin əməkdaşları da tədris proqramı çərçivəsində muzeylə tanış edilirlər.
Muzeyin ekspozisiyası yüzlərlə müxtəlif sənəd, əşya, orden-medal və digər materiallardan, eləcə də çoxsaylı fotoşəkillərdən ibarətdir.
Muzey üçün tarixi əhəmiyyət kəsb edən sənəd və materialların toplanması işi daim davam edir.

Просмотров: 538 | Добавил: Admin | Теги: Penitensiar Xidməti, Azərbaycan, həbsxanalar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Июнь 2013  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0