AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Июнь » 12 » Səadət Bənənyarlı: “Ömürlük məhbuslarla bağlı məsələnin hüquqi müstəvidə həllinə tərəfdaram”
04:35
Səadət Bənənyarlı: “Ömürlük məhbuslarla bağlı məsələnin hüquqi müstəvidə həllinə tərəfdaram”
2013-04-23 - 17:05:00
Qobustan həbsxanasında cəza çəkən bir qrup ömürlük məhbus aprelin 18-dən aclıq aksiyası keçirir. Onların tələbi cəzalarının müddətli həbslə əvəzlənməsidir.
"Media forum” saytı Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət üzrə İctimai Komitənin üzvü Səadət Bənənyarlıya aclıq edən məhbuslara baş çəkib-çəkməyəcəyin soruşub.
Səadət Bənənyarlı ictimai komitənin bu həftə Qobustan həbsxanasına baş çəkmək imkanı olmadığını bildirib: "Çünki komitənin yeni tərkibi elan olunmayıb. Hüquq müdafiəçisi olaraq müraciət etməyimiz bir neçə gün vaxt alır, ona görə də bu həftə ərzində Qobustan həbsxanasına getmək real görünmür. Ancaq gələn həftə üçün mümkün görünə bilər”.
Səadət Bənənyarlı əlavə edib ki, ömürlük məhbuslarla bağlı məsələnin hüquqi müstəvidə həllinin tərəfdarıdır.
Aksiya keçirənlər vaxtilə ölüm cəzasına məhkum olunmuş, sonradan cəzaları ömürlük həbslə əvəzlənmiş şəxslərdir. Onlar aksiyaya aprelin 18-də ombudsman Elmira Süleymanovaya müraciətlə başlayıblar: "1998-ci il fevralın 10-da Milli Məclisin qəbul etdiyi qanunla ölüm hökmü ləğv olunub və həmin sənədin 4-cü bəndi vaxtilə ölümə məhkum edilmiş şəxslərin cəzasının ömürlük həbslə əvəzlənməsini nəzərdə tutub. Milli Məclisin məhkəmənin səlahiyyətlərini mənimsəyərək bizə təyin etdiyi ömürlük həbs cəzası Azərbaycan qanunvericiliyinə, tərəfdarı olduğumuz beynəlxalq hüquq normalarına, Avropa İnsan Hüquqları Konvensiyasına tamamilə ziddir. Cinayət qanununun zamana görə qüvvəsi hüquqi prinsipinə və 2000-ci il sentyabrın 1-nə qədər qüvvədə olmuş Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən, bizim hər birimizin işinə məhkəmədə fərdi qaydada baxılmalı, bizə ya 15 il azadlıqdan məhrumetmə cəzası kəsilməli, ya da prezidentin əfv sərəncamı qaydasında 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası verilməli idi.
Pozulmuş hüquqlarımızın bərpası üçün dəfələrlə prezidentə, Milli Məclisin komitə sədrləri Əli Hüseynliyə, Rəbiyyət Aslanovaya, Səməd Seyidova, insan hüquqlarını qoruyan yerli və beynəlxalq təşkilatlara, həmçinin Sizə müraciətlər etməyimizə baxmayaraq heç bir ölçü götürülməyib. Məhz bu səbəbdən də müraciətimizdə qeyd olunan qanun pozuntusunun həllinə dair verəcəyiniz müvafiq cavaba qədər müddətsiz aclıq aksiyasına başlayırıq”.

"Media forum"
Просмотров: 437 | Добавил: Admin | Теги: Azərbaycan, ömürlük məhbuslar, məhbuslar, həbsxanalar, aclıq | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Июнь 2013  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0