Главная » 2012»Апрель»4 » 11 saylı cəzaçəkmə müəssisəsinə baxış keçirilmişdir
23:39
11 saylı cəzaçəkmə müəssisəsinə baxış keçirilmişdir
Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
19/10/2011
İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti
alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun
yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri İnsan
Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ədliyyə
Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsinə uzunmüddətli
başçəkmə həyata keçirmişlər.
Başçəkmə zamanı müəssisənin bütün obyektləri
yoxlanılmış, qrupun üzvləri bir sıra məhkumlarla görüşmüşlər. Söhbət zamanı
məhkumlar saxlanma şəraitindən və müəssisə əməkdaşları tərəfindən onlara qarşı
rəftardan şikayət etməmişlər.
Cərimə təcridxanasında saxlanılan məhkumlarla bağlı xüsusi araşdırma
aparılmışdır. Məhkumlara qarşı xüsusi vasitələrin tətbiqinin azaldılması müsbət
hal kimi dəyərləndirilmişdir.
Qeyd olunmalıdır ki, bu müəssisəyə əvvəlki başçəkmələrlə müqayisədə xeyli
irəliləyiş müşahidə edilmişdir. Belə ki, cərimə təcridxanası, görüş otaqları,
klub, kitabxana, yeməkxana və hamam əsaslı təmir olunmuşdur.
Müəssisə
rəhbərliyinə ümumi tövsiyələr verilmişdir.