Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ağayev Şahin Mirsahib oğlunun yanına qısa müddətli görüşə gəlmiş həyat yoldaşı Quliyeva Gülnarə Feyruz qızının üzərinə baxış keçirilən zaman ümumi çəkisi 7,453 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülub.
Fakt üzrə araşdırma aparılır.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi.