Главная » 2014»Декабрь»7 » 11 saylı CÇM-ə telefon keçirmək cəhdinin qarşısı alınıb
04:15
11 saylı CÇM-ə telefon keçirmək cəhdinin qarşısı alınıb
11 September, 2014 10:23:00
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4; 317-1.1 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Sənan İman oğlu Cabbarovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu, Tərtər şəhəri, Q.Mehdiyev küç. 3 ünvanında yaşayan vətəndaş Orxan Elxan oğlu Dadaşlının görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman gətirdiyi 2 ədəd çörəyin içərisində gizlədilmiş 1 ədəd “Samsung” markalı və 1 ədəd “Nokia” markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
İctimaiyyətlə əlaqələr şöbəsi.