"Ədliyyə Nazirliyi Penitensiar
Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində hər hansı qiyam və yaxud
iğtişaş baş verməyib ”. Bu açıqlamanı APA-ya Penitensiar Xidmətin
ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.
M. Sadıqov bildirib ki, orada qiyam baş verməsi barədə bəzi
kütləvi informasiya vasitələrində yayılan məlumatların heç bir
əsası yoxdur: "Bizdə konvoy dəstələri planlı şəkildə hər həftənin
şənbə günü barələrində hökm çıxmış və Qaradağ rayonunda yerləşən
cəzaçəkmə müəssisələrindən birində cəzasını çəkməyə məhkum edilmiş
məhkumları istintaq təcridxanasından müəssisəyə, həmçinin həmin
müəssisələrdə olan xəstə məhkumlar müalicə müəssisəsinə aparır”.
*****
*13.21*
Bu gün Qaradağ rayonunda yerləşən 12 saylı Cəzaçəkmə Müəssisəsində
məhkumluq həyatı yaşayan şəxslər qiyam qaldırıb. AzNews.az-ın
həbsxananın qarşısında olan əməkdaşının verdiyi məlumata görə,
hazırda qiyama qalxan məhkumlarla danışıqlar aparılır və hadisənin
böyümədən yatırdılması istənilir.
Bu dəqiqələrdə 12 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında Ədliyyə
Nazirliyi Penitensiar Xidmətinə məxsus "voronoklar” var. Həmçinin,
həbsxananın qarşısına xeyli sayda əli avtomatlı əsgərlər də cəlb
edilib.
Həbsxanadakı qiyamın böyüməsi ehtimalını nəzərə alaraq müəssisəyə
yeni dəstək qüvvələri göndərilir.