14 vətəndaş ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin ediliblər.
12.08.2015-ci il tarixdə ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev qulluğa qəbul olunmuş gənc əməkdaşları qəbul edib. Nazir müavini ədliyyə orqanlarında xidmətə qəbul olunmağın qürurverici olduğunu vurğulayaraq, Azərbaycan Respublikasının Ədliyyə Naziri, birinci dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun adından onları təbrik edib, seçdikləri şərəfli işdə uğurlar arzulayıb.
Ədliyyə orqanlarında qulluğa yeni qəbul olunan gənclər Penitensiar xidmətin tarix muzeyində xidmətin fəaliyyətinə aid eksponatlarla və Heydər Əliyev guşəsində Ümummilli Liderin həyat və fəaliyyətini, onun müasir Azərbaycanın inkişafı uğrunda əldə etdiyi nailiyyətləri əks etdirən fotoşəkillərlə tanış olublar.