Главная » 2015»Февраль»26 » 17 saylı CÇM-ə telefon keçirmək cəhdinin qarşısı alınıb
18:55
17 saylı CÇM-ə telefon keçirmək cəhdinin qarşısı alınıb
26.01.2015
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nicat Əmir oğlu Quliyevin yanına qısamüddətli görüşə gəlmiş bacısı oğlu, Bakı şəhər sakini Samir Cəmil oğıu Əhmədovun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki qış gödəkçəsinin sağ cibində gizlədilmiş, daxilində “Sim” və “Cin” danışıq kartları olan 1 ədəd “Samsung” və daxilində “Azərcell” danışıq kartı olan 1 ədəd “İphone” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.