Главная » 2013 » Июнь » 11 » Novruz bayramı münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində növbəti tədbir keçirilmişdir
19:48
Novruz bayramı münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində növbəti tədbir keçirilmişdir
Azərbaycan
Hüquqşünaslar Konfederasiyası ilə Ədliyyə nazirliyin Penitensiar
xidmətinin birgə layihəsi olan "Məhkum TV-Rezonans” telelayihəsi
çərçivəsində Novruz bayramı münasibətilə 4 saylı cəzaçəkmə
müəssisəsində tədbir keçirilmişdir.
Konsert proqramının aparıcıları olan məhkum qadınların bacarığı
qonaqları valeh etmişdir.
Cəza çəkənlərin bilavasitə iştirakı ilə hazırlanmış konsert proqramında respublikanın tanınmış incəsənət xadimləri – Nazpəri Dostəliyeva, Yusif Mustafayev, Nadir Qafarzadə. Fərda Xudaverdiyev və digərləri çıxış etmiş, məhkumlarla sıx ünsiyyətdə olmuşlar.
Tədbir 17.03.2013-cü il tarixdə Rezonans proqramı çərçivəsində "Xəzər” televiziyası ilə işıqlandırılmışdır.