ATƏT-in Bakı ofisinin dəstəyi
ilə "Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi "Saxlama yerlərinin
monitorinqi - 2013” layihəsi çərçivəsində Ədliyyə
Nazirliyi Penitensiar Xidmətinin6saylı CÇM-də baxış - monitorinq və təlim həyata
keçirilib. Monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən
müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş
yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini
ibadət otağına baxış keçirilib. Monitorinq zamanı bir neçə
məhkumla konfidensial görüş keçirilib.
Məhkumlar tərəfindən pis
rəftar və işgəncə halları ilə bağlı heç bir şikayət daxil olmayıb. Eyni zamanda müəssisədə
məhkumlar üçün "Məhkumların müraciət və şikayət etmə hüququ” mövzusunda təlim
keçirilib. Təlimdə 53 nəfər məhkum iştirak edib. Təqdimatla çıxış edən
Əliməmməd Nuriyev iştirakçılara milli qanunvericilik və beynəlxalq sənədlərdə
nəzərdə tutulan müraciət və şikayətlərin edilməsi, onların yoxlanılması və
baxılması ilə əlaqədar ətraflı məlumat verdikdən sonra müzakirələr aparılıb,
məhkumların bir çox sualları cavablandırılıb.