AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Октябрь » 5 » 74 ömürlük məhbusun adından prezidentə müraciət olunub
00:14
74 ömürlük məhbusun adından prezidentə müraciət olunub

2014-06-19 - 15:22:00

25 ildir məhkumluq həyatı yaşayan, ömürlük həbs cəzası rejimində saxlanan Quliyev Əli Cahangir oğlu prezident İlham Əliyevə müraciət ünvanlayıb. “Media forum” saytı müraciəti təqdim edir:

- Hörmətli prezident!

Çoxsaylı məhkumların adından nəzərinizə çatdırıram ki, biz Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi ilə əlaqədar Milli Məclisin qəbul etdiyi 10 fevral 1998-ci il tarixli qanunun 4-cü bəndi ilə, qeyri-məhkəmə qaydasında, kütləvi şəkildə qanunsuz olaraq ömürlük həbs cəzasına məhkum olunmuşuq. Həmin qanunun 4-cü bəndində qeyd edilir ki, “Bu qanun qüvvəyə mindiyi günədək ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin”.

Xatırladıram ki, adıçəkilən qanun 21 fevral 1998-ci ildə, yəni 11 gündən sonra qüvvəyə minib. Elə həmin gündən etibarən avtomatik olaraq 128 nəfərə tətbiq edilən ömürlük cəza hüquqi baxımdan öz qüvvəsini itirib. Bu günə kimi bizim ömürlük məhkum olunduğumuza dair nə bir müvafiq qanun, nə də bir məhkəmə qərarı var.

Ölkəmizdə ölüm cəzasının ləğvi ilə əlaqədar mətbuat və informasiya orqanları nümayəndələri qarşısında çıxış edən mərhum prezidentimiz Heydər Əliyev bəyan edib ki, “...ölüm hökmünə məhkum olunmuş insanların cəzası müvafiq qaydada uzunmüddətli cəzalarla əvəz edilə bilər” (“Azərbaycan” qəzeti, 23.01.1998-ci il).

Həmçinin Milli Məclisin keçmiş spikeri, əməkdar hüquqşünas mərhum Murtuz Ələsgərov “Ədalət” qəzetinə verdiyi müsahibəsində bildirib ki, “ölüm hökmü alanların cəzası 20 il azadlıqdan məhrumetmə ilə əvəzlənəcək, çünki ömürlük azadlıqdan məhrumetmə yeni cəza növü olduğundan indi onu ən ağır cəza alanlara aid etmək olmaz” (“Ədalət” qəzeti, 30.01.1998-ci il).

Yuxarıda adıçəkilən qanun pozuntusu ilə əlaqədar AŞPA-nın da 16 aprel 2007-ci il tarixli 1545 nömrəli qətnaməsinin 8.9-cu bəndində deyilir ki, “ölüm cəzasının ləğvi ilə əlaqədar yaranmış problemlərin həlli üçün hər bir məhkumun işinə yenidən baxılmalı və qanunun geriyə qüvvəsi prinsipinin ən əlverişli müddəalarına müvafiq cəza təyin edilməlidir”.

Hörmətli prezident!

Azərbaycan Respublikasında ölüm cəzası ləğv edildiyi zaman “Cinayət qanununun zamana görə qüvvəsi” hüquqi prinsipi kobudcasına pozulub. Həmin hüquqi prinsipə əsasən, 128 nəfər məhkumun işinə fərdi qaydada məhkəmə instansiyalarında baxılmalı və köhnə Cinayət Məcəlləsinin 23-cü maddəsinə müvafiq olaraq hər birimizə 15 il azadlıqdan məhrumetmə və ya prezidentin əfv fərmanı qaydasında 15 ildən 20 ilə qədər uzunmüddətli azadlıqdan məhrumetmə cəzası verilməli idi. Qanunverici orqan olan Milli Məclisin məhkəmə səlahiyyətlərini mənimsəyərək həmin ərəfədə ölüm cəzası altında olan 128 nəfərə tətbiq etdiyi ömürlük həbs cəzası Azərbaycan Respublikası qanunvericiliyinə, tərəfdarı olduğumuz beynəlxalq hüquq normalarına və Avropa Konvensiyasına tamamilə ziddir. Belə ki, Azərbaycan Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”.

Tərəfdarı olduğumuz BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 11 (2)-ci maddəsinə əsasən, “heç kəs cinayətin törədildiyi zaman tətbiq ediləsi cəzadan daha ağır cəzalandırıla bilməz”. Bu hüquqi prinsip eynilə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 15(1)-ci maddəsində və Avropa Konvensiyasının 7(1)-ci maddəsində öz əksini tapıb. Azərbaycan Konstitusiyasının 151-ci maddəsinə görə, “Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir”.

Hörmətli prezident!

Haqsızlığa uğradığımız gündən bu günə kimi 128 məhkumdan yalnız 74 nəfəri sağ qalıb. Ölüm cəzasından qat-qat ağır olan ömürlük cəza bir çox məhkumun həyatına son qoyub. Hazırda sağ qalanların bir qisminin yaşı 70-i ötüb, çox bir qismi isə ağır xəstə və cəzalarını 20 ildən çox çəkmişlərdir. Bu yaxınlarda çıxışlarınızın birində qeyd etmişdiniz ki, “Ədalətsiz qərar ədalətə qarşı ədalətsizlikdir”. Vaxtilə biz də - 128 nəfər məhkum ədalətsiz qərarın qurbanı olmuşuq. Sizdən çox xahiş edirəm ki, uğradığımız haqsızlığa və saxlandığımız ağır şəraitdə çəkdiyimiz zülmə son qoymaq üçün, ədalət naminə bizi əfv edəsiniz.

"Media forum"

www.mediaforum.az/az/2014/06/19/74-ömürlük-məhbusun-adından-prezidentə-müraciət-032141958c00.html#.U9n0T_lSk_E

Просмотров: 406 | Добавил: Admin | Теги: Azərbaycan, ömürlük məhbuslar, məhbuslar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Октябрь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0