05.12.2014-cü il tarixdə Qlobal Fondun 9-cu Raund İİV/QİÇS Layihəsi çərçivəsində Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin təşkilatçılığı ilə Bakı Uşaq Teatrının bədii rəhbəri İntiqam Soltan və yaradıcı kollektivi Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar qarşısında “Qeyri adi məhkəmə” adlı maarifləndirici tamaşa ilə çıxış ediblər. Tamaşa məhkumlar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.