Главная » 2013»Июнь»18 » Amnistiya Qərarının icrası davam edir (03.06.2013)
12:23
Amnistiya Qərarının icrası davam edir (03.06.2013)
Azərbaycan Respublikası Milli Məclisinin
07.05.2013-cü il tarixli Amnistiya Qərarının cəzaçəkmə
müəssisələri üzrə icrası davam edir.
Qəbul olunmuş qərarlar əsasında 03.06.2013-cü il tarixədək
Amnistiya Qərarı Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə
müəssisələrində saxlanılan 1377 nəfər məhkuma tətbiq edilmişdir.
Amnistiya Qərarının icrası Penitensiar xidmətin müvafiq
Komissiyasının, Ədliyyə naziri yanında fəaliyyət göstərən
İctimai Komitənin, Ombudsman aparatının, digər dövlət və
qeyri-hökumət təşkilatı nümayəndələrinin və eləcə də vətəndaş
cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilir.
Tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması
təmin edilmişdir.
Amnistiya Qərarının icrası davam edir.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi.