AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2016 » Апрель » 30 » AŞPA-nın həmməruzəçisi ilə Ədliyyə Nazirliyində görüş
13:52
AŞPA-nın həmməruzəçisi ilə Ədliyyə Nazirliyində görüş

6-04-2016, 19:22
Aprelin 6-da ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak ilə görüşüb.

Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə məhkəmə hakimiyyətinin müstəqilliyi, o cümlədən hakimliyə namizədlərin ən mütərəqqi və şəffaf qaydalarla seçimi, qanunvericiliyinin təkmilləşdirilməsi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, habelə humanizm siyasətinin ardıcıl həyata keçirilməsi barədə ətraflı məlumat verilib.

Ölkəmizə dəfələrlə səfər etdiyini söyləyən Stefan Şennak Azərbaycana hazırkı səfərinin həssas bir məqama təsadüf etdiyini, cəbhə xəttindəki son hadisələrin narahatlıq doğurduğunu bildirib. Qonaq son dövrlər insan hüquqları sahəsində irəliləyişlərin Avropa Şurası tərəfindən müşahidə edildiyini, xüsusilə dövlət başçısının bu yaxınlarda imzaladığı əfv sərəncamının insan hüquqlarının təminatı baxımından müstəsna əhəmiyyətini qeyd edib. S.Şennak məhkəmə-hüquq sistemindəki islahatları maraqla qarşılayaraq, Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətə, o cümlədən səfər zamanı penitensiar müəssisələrə baş çəkmək üçün şərait yaradılmasına görə minnətdarlığını ifadə edib.

Görüşdə, həmçinin insan hüquqlarının təminatı, vətəndaş cəmiyyətinin inkişafı, seçki qanunvericiliyi və digər mövzular üzrə faydalı fikir mübadiləsi aparılıb, maraq doğuran məsələlərə aydınlıq gətirilib.

Tədbirdə Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri xanım Draqana Filipoviç iştirak edib.

06.04.2016

http://penitensiar.justice.gov.az/news/135-06042016-apa-nn-hmmruzisi-il-dliyy-nazirliyind-gr.html

Просмотров: 314 | Добавил: Admin | Теги: Azərbaycan, Penitensiar Xidmət, AŞPA | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Апрель 2016  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0