Azərbaycanda Cəzaçəkmə Müəssisəsində İran İslam
Respublikasının vətəndaşı olan məhkum ölüb. Bu
barədə APA-ya Nizami Rayon Prokurorluğundan
bildirilib. Hadisə ötən gün Ədliyyə Nazirliyi
Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində
qeydə alınıb. Narkotik qaçaqmalçılığında təqsirli
bilinərək həbsə məhkum edilən və adıçəkilən
müəssisədə saxlanılan, İran İslam Respublikasının
vətəndaşı, 1963-cü il təvəllüdlü İsmayıli Mövsudi
Mirabdulla oğlu naməlum şəraitdə dünyasını dəyişib.
Mərhumun ölümü ilə bağlı tibbi ekspertiza təyin
edilib. Ekspertizanın rəyindən sonra mərhumun ölüm
səbəbləri məlum olacaq.
Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən
araşdırma aparılır.