Sərəncam
92 məhkuma şamil edilir 26 Dekabr 2011 18:17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 92 məhkumun əfv
olunması haqqında 2011-ci il dekabrın 26-da Sərəncam imzalayıb. Lent.az
Azərtac-a istinadən xəbər verir ki, sərəncam əsasında 75 məhkum
azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 1 şəxs şərti
cəzadan, 2 nəfər islah işləri cəzasından, 14 şəxs isə cərimə cəzasından
azad edilib. Azərbaycan Respublikasının prezidenti əmin olduğunu
bildirib ki, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə
çıxararaq Azərbaycan dövlətinin qanunlarına gələcəkdə dönmədən əməl
edəcəklər.
Sərəncamın mətni mətbuatda dərc ediləcək.