http://penitensiar.justice.gov.az/xeberler/718.html
15 October, 2013 18:30:00
Azərbaycan Respublikası Prezidentinin 14.10.2013-cü il tarixdə imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrası Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən 15 oktyabr 2013-cü il tarixdə vaxtında və dürüst təmin olunmuşdur. Əfv olunmuş 153 nəfər məhkumdan Penitensiar xidmətin tabeliyindəki müəssisələrdə cəza çəkən 134 nəfərə Əfv haqqında Sərəncam tətbiq edilmişdir. 15 oktyabr 2013-cü il tarixdə sayca 55-ci olan Əfv barədə Sərəncamın icrası Əfv komissiyası üzvlərinin, Ədliyyə nazirliyinin məsul işçilərinin, Penitensiar xidmət rəhbərliyinin, Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai komitə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, qeyri-hökumət və dövlət təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilmişdir. Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin məsul əməkdaşlarından ibarət yaradılmış qruplar Əfv barədə Sərəncamın əhatə dairəsində olan məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrində olmuş, Prezident Sərəncamının vaxtında və dürüst icrasını təmin etmişlər.
Cəzadan azad edilmiş şəxslərə azad olunma haqqında arayışlar
təqdim edilmiş, onlara yardımlar göstərilmiş, əvvəlki daimi
yaşayış yerləri üzrə aidiyyəti təşkilatlara müvafiq məlumatlar
verilmişdir. Əfv edilmiş 10 nəfər xarici ölkə vətəndaşı isə azad
olunduqdan dərhal sonra Dövlət Miqrasiya Xidmətinə təhvil
verilmişlər.
Cəza çəkməkdən azad edilmiş şəxslər, habelə onları qarşılamağa
gəlmiş yaxın qohumları ölkə başçısının bu humanist addımını
yüksək qiymətləndirərək, ölkə Prezidenti cənab İlham Əliyevi
seçkilərdə inamlı qələbə, habelə müqəddəs Qurban bayramı
münasibəti ilə təbrik edərək ona dərin minnətdarlıqlarını ifadə
etmişlər.