Azərbaycanda tərəfdarıyıq ki, regionlarda inzibati qaydada həbs olunanlar üçün saxlama məntəqələri tikilsin. Bunu AzNews.az-a açıqlamasında Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Qrupunun rəhbəri Vüqar Məhərrəmov bildirib. Onun sözlərinə görə, hazırda bu cür məntəqələrin tikintisi üçün vəsait yetərli olmasa da, gələcəkdə bu təklif yəqin ki, nəzərə alınacaq: “İstəyirik ki, inzibati qaydada həbs olunan şəxslər üçün tam fərqli şərait qurulsun. Çünki onlar cinayət törətməkdə şübhəli bilinmir və yalnız inzibati xətaya görə həbs olunublar. Belə adamların cəza yeri ilə, cinayət törədən şəxslərin cəza yeri eyni olmamalıdır. Qeyd edək ki, Ombudsman Aparatı inzibati qaydada həbs olunanlar üçün regionlarda saxlama məntəqələrinin tikilməsi ilə bağlı təklifi hazırlayaraq Daxili İşlər Nazirliyi və müvaffiq qurumlara təqdim edib.