Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. 26.10.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış
tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan
1988-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 177.3.2 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş
şəxs İlkin İlham oğlu Məmmədovun kamerasına və üzərinə baxış
keçirilən zaman televizorun içərisində gizlədilmiş daxilində
danışıq kartı olmayan 1(bir) ədəd "Nokia” markalı mobil telefon
aparatı aşkar edilərək götürülmüşdür.
Fakt üzrə araşdırma aparılır.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi.
27.10.2013