AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2012 » Ноябрь » 6 » Bütün təcridxanaları Ədliyyə Nazirliyinin tabeçiliyinə vermək lazımdırmı?
20:15
Bütün təcridxanaları Ədliyyə Nazirliyinin tabeçiliyinə vermək lazımdırmı?

Azərbaycanda müxtəlif hüquq mühafizə və təhlükəsizlik orqanlarının saxlanma təcridxanaları var. Bəzi ekspertlərin fikrincə, bu praktika dövrün tələblərinə uyğun gəlmir və təcridxanaların hamısı Ədliyyə Nazirliyinin tabeçiliyinə verilməlidir. "Media forum" saytı vəkillərin və hüquq müdafiəçilərinin bu məsələ ilə bağlı rəyini öyrənib.

Vəkil Osman Kazımov:

- Təcridxanaların hamısı bir qurumun tabeçiliyində olmalıdır. Hazırda inzibati qaydada həbs olunanlar üçün Binəqədidə xüsusi saxlanma təcridxanası var. Başqa yerlərdə belə təcridxanaların olması yolverilməzdir. İnsanların bir neçə sutka polis idarələrində saxlanması da tamamilə qanunsuzdur. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin təcridxanaları olandan sonra bunların heç birinə ehtiyac yoxdur.

Hüquq müdafiəçisi, deputat Çingiz Qənizadə:

- Əvvəllər mən də bütün təcridxanaların bir qurumun nəzdində olmasının tərəfdarı idim. Amma bu gün reallığa baxmalıyıq. Bu yaxınlarda "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi" haqqında qanun qəbul edildi. Bu qanunda Milli Təhlükəsizlik Nazirliyində olan saxlanma təcridxanası ilə bağlı məsələ də əksini tapdı.

Nəzərə almalıyıq ki, hazırda ölkə ərazisinin 20 faizi işğal altındadır, qonşu dövlətlərdən təhdidlər olur, ölkədə ictimai-siyasi prosesləri qızışdırmaqda maraqlı olan insanlar, düşmən qüvvələr var. Onların xarici ölkələrdən maliyyələşdirilib bura göndərilməsi halları olduğu üçün Milli Təhlükəsizlik Nazirliyinin tabeçiliyində saxlanma təcridxanasının olması məqsədəuyğundur.

Amma bəzən başqa şəxslər də orada saxlanılır. Bu hal vəkilləri daha çox narahat edir. Hesab edirəm ki, qəbul etdiyimiz qanundan sonra vəziyyət dəyişəcək.

Vəkil Akif Əlizadə:

- Məncə, təcridxananın hansı quruma tabe olmasının heç bir önəmi yoxdur. Əsas məsələ saxlanma şəraitinin yaxşı olması, qanunda nəzərdə tutulmuş normalara əməl edilməsidir. İnsanlara işgəncə verilməməli, hər bir şəxs qida və ünsiyyət cəhətdən təmin olunmalıdır. Bütün təcridxanaları Ədliyyə Nazirliyinin tabeçiliyinə verəndə saxlananlara daha çox qayğı göstəriləcək ki? Əksinə, məsələn, Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında daha yaxşı şərait olduğunu deyə bilərəm. Əvvəllər bütün təcridxanalar Daxili İşlər Nazirliyinin tərkibində idi, indi bir neçəsi istisna olmaqla hamısı Ədliyyə Nazirliyinə verilib. Nə dəyişib? Heç nə! Elə təcridxana var ki, bir kameraya 5 adam yerinə 10 adam salırlar. Qanunlarda dəyişikliklər olur, amma heç kim onlara riayət etmir. Təcridxana əməkdaşlarının çoxunun qanunlardan xəbəri yoxdur.


 MEDIAFORUM.AZ

http://www.legalforum.az/index.php?dil=az&cat=news&id=749

Просмотров: 602 | Добавил: Admin | Теги: Azərbaycan, təcridxanalar, həbsxanalar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0