Главная » 2012»Август»5 » Dəhşətli olay: Həbsxana işçiləri diri-diri yandılar
04:46
Dəhşətli olay: Həbsxana işçiləri diri-diri yandılar
11/7/2012 [12:45]
...Salyanda da iki nəfərin yanması ilə nəticələnən dəhşətli yol qəzası baş
verib. Hadisə dünən Ələt-Astara magistral yolunun 33-cü kilometrliyində,
Salyanın Yenikənd kəndi ərazisində baş verib. Rasim Şirəliyevin idarə etdiyi
"KaMAZ” markalı yük maşını ilə Qobustan cəzaçəkmə müəssisəsinin əməkdaşı Rəsul
Fərzəliyevin idarə etdiyi "QAZ-31” markalı maşın qarşı-qarşıya toqquşub. Hadisə
zamanı "QAZ-31” qəfil alovlanmağa başlayıb. FHN-nin əməkdaşları hadisə yerinə
gələrək yanğını söndürməyə müvəffəq olublar. Lakin "QAZ-31” sürücüsü Rəsul
Fərzəliyev və yanındakı sərnişin olan həmkarı maşının içərisində yanaraq
ölüblər. Faktla bağlı BDYP-nin istintaq və təhqiqat idarəsində cinayət işi
açılıb, araşdırma aparılır.