Главная » 2013»Март»20 » Elçin Behbudov müvəqqəti saxlanma yerlərində monitorinq keçirib
21:55
Elçin Behbudov müvəqqəti saxlanma yerlərində monitorinq keçirib
5
nəfərlik kamerada 10 nəfəri saxlayırlar
Saxlanılan
şəxslər növbə ilə yatmağa məcbur olurlar
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin
Behbudov və köməkçisi Elçin Şirinov Daxili İşlər Nazirliyinin
(DİN) tabeliyində olan müvəqqəti saxlanma yerlərində monitorinq
keçiriblər. E. Behbudovun APA-ya verdiyi məlumata görə, Hacıqabul,
Ağcabədi, Tərtər, Mingəçevir, Yevlax, Bərdə Rayon Polis
Şöbələrinin müvəqqəti saxlanma yerlərində aparılan monitorinqlər
zamanı işgəncə və qeyri-insani rəftarla bağlı şikayət edən
olmayıb: "Lakin bəzi nöqsanlar aşkar olunub. Monitorinqlərin
nəticələri barədə arayışla daxili işlər naziri Ramil Usubova
məlumat verəcəyəm”.E.Behbudov Qarabağ zonasında monitorinqlər keçirərkən saxlanılan
şəxslər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Gəncə
İstintaq Təcridxanasından şikayət etdiklərini deyib: "Onlar
bildirdilər ki, 5 nəfərlik kamerada 10 nəfəri saxlayırlar. Bunun
üçün də onlar növbə ilə yatmağa məcbur olurlar”. E.Behbudov bununla bağlı ədliyyə naziri Fikrət Məmmədova müraciət
edəcəyini də deyib.