Главная » 2013»Июнь»12 » Elmira Süleymanova 57 qadın məhkumla təkbətək görüşdü
03:21
Elmira Süleymanova 57 qadın məhkumla təkbətək görüşdü
Tarix: 28.03.2013
İnsan Hüquqları üzrə Müvəkkili Elmira
Süleymanova Penitensiar Xidmətin qadınlar üçün 4
saylı cəzaçəkmə müəssisəsində məhkumlarla görüşüb.
Bu barədə hafta-ichi.az-a Ombudsman Aparatından
məlumat verilib. Ombudsman E.Süleymanova bildirib
ki, ölkəmizdə qadınların, o cümlədən, məhkum
qadınların hüquqlarının müdafiəsinə və təbliğinə
yönəlmiş mühüm tədbirlər həyata keçirilir. Onun
sözlərinə görə, müvəkkilin fəaliyyətində
məhkumların hüquqlarının müdafiəsi mühüm yer
tutur: «Bu məsələ daim diqqətdə saxlanılır,
məhkumların, o cümlədən, yetkinlik yaşına
çatmayan, həmçinin qadın məhkumların hüquqlarının
təmin edilməsi vəziyyətini öyrənmək məqsədilə
penitensiar müəssisələrə baxışlar keçirilir,
məhkumların saxlanılma şəraitinin, onlara qarşı
münasibətin öyrənildiyi diqqətə çatdırılır».
E.Süleymanova ölkə prezidenti tərəfindən 54 Əfv
sərəncamının imzalandığını və 9 amnistiya aktının
həyata keçirildiyini, bu humanist aktların davam
etdirildiyini vurğulayıb.
Fəaliyyəti dövrü ərzində ombudsmanın ölkə
prezidentinə yüzlərlə məhkumun əfv olunması ilə
bağlı müraciət ünvanladığı, həmin müraciətlərin
bir qisminin nəzərə alındığı, bu günədək
ümumilikdə 391 məhkumun, o cümlədən, qadın
məhkumların da əfv edilərək azadlığa buraxıldığı
nəzərə çatdırılıb.
E.Süleymanova körpəsi olan məhkum qadınla da
görüşüb, ana və uşağın vəziyyətini öyrənib.
Müvəkkil ona müraciət edən 57 qadın məhkumla
təkbətək görüşüb, ərizə və şikayətlərini qəbul
edib, səlahiyyətləri çərçivəsində problemlərinin
həllində yardımçı olacağını söyləyib.