Главная » 2013»Июнь»18 » Fiziki qüsurlu məhkumlar protez və tibbi avadanlıqlarla təmin olunurlar
17:32
Fiziki qüsurlu məhkumlar protez və tibbi avadanlıqlarla təmin olunurlar
Penitensiar xidmətin tabe qurumlarında cəza
çəkən əlil məhkumların protezlərə olan ehtiyaclarının ödənilməsi
və müxtəlif zəruri tibbi avadanlıqlarla təchiz olunmaları
məqsədilə tədbirlər davam etdirilir. Beynəlxalq Qırmızı Xaç
Komitəsinin dəstəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Protez ortopedik bərpa mərkəzinin, "Beynəlxalq
Əlilər Cəmiyyəti” İctimai Birliyinin və eləcə də Z.Əliyeva adına
Milli Oftalmologiya Mərkəzinin yaxından iştirakı ilə
2009-2012-ci illər ərzində 37 nəfər fiziki qüsurlu məhkum
müxtəlif protezlər və tibbi avadanlıqlarla təmin olunmuşlar.
Növbəti belə tədbir 05.06.2013-cü il tarixdə Penitensiar xidmətin Müalicə müəssisəsində keçirilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez ortopedik bərpa mərkəzinin birgə təşkilatçılığı ilə daha 9 nəfər məhkuma protezlər təqdim olunmuşdur.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi