"Son əfv sərəncamından bir ay keçdiyindən Əfv Komissiyası
toplanmayıb”
27.12.2013 17:37
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri
Komissiyasından verilən məlumata görə, 31 dekabr Dünya
Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibəti ilə əfv
sərəncamı gözlənilmir. "Sonuncu əfv sərəncamının üzərindən çox az
müddət keçib. Ona görə də 31 dekabrda əfv olmayacaq. Son bir ay olar
ki, Əfv Komissiyasının iclası da keçirilməyib. Odur ki, əfv
sərəncamı imzalanmayacaq”.
Qeyd edək ki, sonuncu əfv sərəncamı bu il oktyabrın 14-də imzalanıb.
Bu əfv sərəncamı ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və
qardaşı Rafiq Əliyev də əfv olunublar.