| Xəbər 738 dəfə
oxunub Yazıçı
Rövşən Yerfinin "Penitensiar Lövhələr” adlı növbəti nəsr
kitabı işıq üzü görüb. "Zero” nəşriyyatında çap olunan kitabda uzun
illər Penitensiar Xidmətin əməkdaşı olaraq çalışmış müəllifin
cəzaçəkmə müəssisənin həyatına dair əhvalatlarla bağlı
hekayələri, qadın cəza evindən bəhs edən "Həbsxana bənövşəsi”
adlı pyesi və bir müsahibəsi yer alıb. Müəllif kitaba yazdığı
ön sözə bu sözlərlə başlayır: "Mən sizə cəzaçəkmə yerləri,
həbsxana həyatı, oralarda baş verənlər, dünya içərisində
"dünyanın”, dövlət içərisində "mini dövlətin” özünəməxsus
xüsusiyyətləri barədə qısa söhbətlər etmək istəyirəm. Bu kitab
qısa desəm, Penitensiar sahəyə aid son illərdə yazdığım kiçik
həcmli yazılarımın hesabatıdır".”. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş
kitabı "Akademiya" Kitab Mərkəzindən, "Akademkitab"dan.
"Yeraltı", "Bukinist", "Kitab Klubu" və "28 may" metrosunun
ətrafındakı mağazalardan 2 manata əldə etmək mümkündür.