21/9/2012 [10:47]Bakının Binəqədi rayonu ərazisində yerləşən cəzaçəkmə
müəssisəsində ölüm olub. Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə
müəssisəsində cəza çəkən 61 yaşlı Rövşən Camal oğlu Kərimovun
saxlandığı kamerada meyiti tapılıb.
O, 2001-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü
ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. Mərhum Cinayət
Məcəlləsinin 150.2, 150.3 (bir qrup şəxslə seksual xarakterli
zorakılıq hərəkətləri etməsi, zərərçəkmiş şəxsin ölümünə səbəb
olma) və 234-cü (narkotik maddə saxlama və istifadə etmə)
maddələri ilə təqsirli bilinib.
Həkim rəyinə görə, R.Kərimov ürək tutmasından ölüb. Faktla bağlı
araşdırma aparılır.