"Rövşən Lənkəranski”, "Lotu Quli” və "Qoca” arasında intriqa Azərbaycan türmələrinə keçib
Kriminal
aləmin iki nüfuzlu avtoriteti - "Lotu Quli” (Nədir Səlifov) və "Rövşən
Lənkəranski” (Canıyev) arasında gedən nüfuz savaşı yenidən qızışıb.
Redaksiyamıza daxil olan məlumata görə, uzun müddətdir ki, aralarında
olan kəskin münasibətləri heç cür normallaşdıra bilməyən avtoritetlərin
tərəfdarları həbsxanalarda açıq mübarizəyə girişiblər. Qeyd edək ki,
nüfuzlu "qanuni oğru”nun həbsxanalarda da hökmü keçmələdir və bu
səbəbdən Nadir Səlifovla Rövşən Canıyevin tərəfdarları arasındakı
intriqanı başa düşmək olar.