Главная » 2013»Февраль»24 » Həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınmışdır
07:29
Həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınmışdır
15.02.2013-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış
tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1982-ci
il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 304.1; 29,177.3.3; 180.2.1;
180.2.2; 180.2.3; 180.3.3; 127.1; 12 maddələri ilə təqsirli
bilinərək 6 il 5 ay 5 gün müddətinə azadlıqdan məhrum edilmiş
məhkum Mayıl Şərafəddin oğlu İsmayılovun yanına qısamüddətli
görüşə gəlmiş anası Əsmarə Barat qızı İsmayılovanın gətirdiyi
sovqata baxış keçirilən zaman "Unudulmaz dad” adlı kəllə qəndin
içərisində qara kağıza və tənzifə bükülərək gizlədilmiş 1(bir)
ədəd "Nokia” markalı mobil telefon, 1(bir) ədəd mobil telefon
qulaqcığı 2(iki) ədəd mobil telefon üçün nəzərdə tutulmuş
batareya, və 1(bir) ədəd mobil telefon üçün nəzərdə tutulmuş
elektrik qidalayıcının ehtiyat hissəsi aşkar edilərək
götürülmüşdür.
Fakt üzrə araşdırma aparılır.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi.
15.02.2013
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi.