Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınmışdır.
16.10.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış
tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1991-ci
il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
126.2.4; 317-2.1 və 66.3 maddələri ilə təqsirli bilinərək 6 il 3
ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nurlan Azər oğlu
Sadıxzadənin yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu
vətəndaş Orxan İsmayıl oğlu Məmmədovun gətirdiyi sovqata baxış
keçirilən zaman dovğa yeməyi olan qazanın içərisində xüsusi
üsulla düzəldilmiş gizli saxlanc yerindən 1 (bir) ədəd
"BlackBerry”, 1 (bir) ədəd "Samsunq”, 2 (iki) ədəd "Nokia”
markalı mobil telefon aparatları, 1 (bir) ədəd mobil telefon
aparatı üçün nəzərdə tutulmuş qulaqcıq və 2 (iki) ədəd mobil
telefon aparatının elektrik qidalandırıcısının başlıqları aşkar
edilərək götürülmüşdür.
Fakt üzrə araşdırma aparılır.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi.