Главная » 2014»Январь»3 » Həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınmışdır
06:30
Həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınmışdır
28 October, 2013 19:07:00 Penitensiar
xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları
tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi
cəhdinin qarşısı alınmışdır.
28.10.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış
tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən
1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 150.1, 228.1, 274, 333.6, 338.1, 341.3,
349.2.4, 66.3 maddələri ilə təqsirli bilinərək 15 il
müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəqani Bəkir oğlu
Cavadovun ünvanına Bakı şəhər sakini vətəndaş Cahangir Vaqif
oğlu Məmmmədovun adından göndərilmiş bağlamadakı əşyalara
sonuncunun iştirakı ilə baxış keçirilərkən ayaqqabı
təmizləmək üçün fırçanın içərisində xüsusi üsulla
düzəldilmiş yerdən 1 (bir) ədəd "Nokia 208” markalı mobil
telefon aparatı və 1 (bir) ədəd elektrik qidalandırıcısı
aşkar edilərək götürülmüşdür.
Fakt üzrə araşdırma aparılır.
Penitensiar
xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi.
28.10.2013