Главная » 2014»Июль»26 » Həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınmışdır
14:42
Həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınmışdır
02 June, 2014 14:03:00
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbiri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1; 120.2.5 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Alim Almas oğlu Cəfərovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Ramin Şölət oğlu Əmirovun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman, dəmir konserv bankanın içərisində xüsusi üsulla gizlədilmiş 1 (ədəd) “Nokia” markalı mobil telefon aparatı, 1(bir) ədəd “Azercell” danışıq kartı, 1(bir) ədəd qulaqcıq, 2 (iki) ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş batareya və 1 (ədəd) elekrtik qidalandırıcısı aşkar edilərək götürülmüşdür.
Fakt üzrə araşdırma aparılır.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi.