Həbsxanaya telefon keçirmək cəhdinin qarşısı alınıb
06 December, 2014 16:50:00
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Həbsxanada cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1; 120.2.3; 120.2.4; 120.2.6; 120.2.11,29; 120.2.7; 228.3; 228.4; 232.3.1; 232.3.2; 279.3; və 310-cu maddələrinə əsasən 15 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Yavər Ramiz oğlu Məmmədovun yanına uzunmüddətli görüşə gəlmiş anası, Füzuli rayon sakini Gülnarə İttifaq qızı Məmmədovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki paltarın cibindən daxilində “Sim” danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.