Главная » 2011»Июль»30 » İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilmişdir
00:15
İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilmişdir
Ədliyyə orqanlarında şəffaflığın artırılmasına diqqət
yetirilərək, hüquq-müdafiə QHT-ləri ilə sıx əlaqələr qurulmuş,
penitensiar sistemdə ictimai nəzarəti həyata keçirilməsi məqsədilə 2006-cı ildən müstəqil
qurum - İctimai Komitə fəaliyyət göstərir.
Bu müddət ərzində Komitə tərəfindən penitensiar müəssisələrə
müntəzəm olaraq 260-dan artıq sərbəst başçəkmələr edilmiş, nəticələri
üzrə tövsiyə və hesabatlar təqdim olunmuş, bununla bağlı zəruri
tədbirlər görülmüşdür.
Nüfuzlu ictimaiyyət nümayəndələrindən ibarət olan Seçki
Komissiyası tərəfindən yenicə formalaşdırılmış İctimai Komitənin
fevralın 11-də yeni tərkibdə ilk iclası keçirilmişdir. İclasda qurumun
son bir illik fəaliyyətidövründə görülmüş işlər müzakirə olunmuş,
hüquq-müdafiəçisi Əliməmməd Nuriyev qurumun koordinatoru seçilmişdir.
Tədbirə qatılan ədliyyə naziri Fikrət Məmmədov ölkə
Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən penitensiar
sistemdə gedən köklü dəyişikliklərdən, o cümlədən məhkumların
hüquqlarının təmin olunması, saxlanma şəraitinin müasirləşdirilməsi, bu
sahədə şəffaflığın və ictimai nəzarətin artırılması, islah işi üzrə
görülən tədbirlərdən danışmışdır.
Nazir korrupsiyaya qarşı daha da ciddi mübarizənin aparılması
ilə bağlı dövlət başçısının tapşırıqlarını vurğulayaraq, bu günlərdə
regionlara səfəri zamanı söyləmiş fikirlərini xatırlatmış, rüşvətxorluq
və digər neqativ hallarla mübarizədə vətəndaş cəmiyyətinin təmsilçisi olan
İctimai Komitənin rolunu xüsusi qeyd etmişdir.
İclasda Komitə üzvləri göstərilən etimadı yüksək
qiymətləndirərək, daim rotasiya prinsipi əsasında fəaliyyət göstərən
Komitənin davamlı penitensiar islahatlara səmərəli töhfə verəcəyini
bildirmiş, məhkumların asudə vaxtlarının səmərəli təşkili,
məşğulluğunun artırılması, psixoloji yardımın yaxşılaşdırılması və
digər məsələlərlə bağlı konkret təkliflər irəli sürmüşlər.
Tədbirin sonunda ədliyyə naziri İctimai Komitə üzvlərinə
cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması üçün xüsusi vəsiqələr
təqdim etmiş və uğurlu fəaliyyət arzulamışdır.
İctimai Komitənin yeni tərkibi
1.
Camalov Şahin
Vəkilağa oğlu
"İnsan hüquqları XXI əsr - Azərbaycan" Fondunun prezidenti
2.
Ələkbərova
Elmira
Ənvər qızı
"El" İnkişaf Proqramları Mərkəzinin icraçı direktoru
3.
Qənizadə
Çingiz
Aşralı oğlu
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri
4.
Qocamanlı
Səidə
Məmməd qızı
İnsan hüquqları və qanunçuluğun müdafiəsi İctimai
Birliyinin rəhbəri
5.
Quliyev
Nazir
Yunis oğlu
"Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin sədri
6.
Məmişov
Elmari
Cabir oğlu
Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədr müavini
7.
Məmmədov
Sahib
Məlik oğlu
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının
İcraiyyə Komitəsinin sədri
8.
Nuriyev
Əliməmməd
Mali oğlu
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti
9.
Seyidzadə
Zaur
Mirtağı oğlu
"Zaur" Xeyriyyə Cəmiyyətinin sədri
10.
Tahirova
Zalihə
İsax qızı
Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin Şurasının
üzvü