04.08.2014-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai komitənin nümayəndələri Əliməmməd Nuriyev və Əhməd Abbasbəylinin iştirakı ilə 4 saylı cəzaçəkmə müəssisəsində həbs müddəti başa çatmaqda olan 50 nəfərə yaxın məhkumla geniş tədbir keçirilmişdir. Azadlığa çıxmaq ərəfəsində olan məhkumlara qanunvericiliyə əsasən malik olduqları hüquqları izah edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi “Cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reablitasiyası proqramı” çərçivəsində “Rezonans” İctimai Birliyi tərəfindən hazırlanan nəşrlər məhkumlara təqdim edilmişdir.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi.
05.08.2014