AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2015 » Октябрь » 31 » İlk 6 aylıq fəaliyyətin yekunları
05:13
İlk 6 aylıq fəaliyyətin yekunları

29.07.2015-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2015-ci ilin birinci yarım ili ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Penitensiar xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev müşavirəni açaraq, 03.02.2015-ci il tarixdə ədliyyə naziri cənab Fikrət Məmmədovun iştirakı ilə keçirilmiş Penitensiar xidmətin 2014-cü ildəki fəaliyyətinin yekunlarına həsr olunan geniş müşavirədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə tədbirlərin davam etdirildiyini vurğulayıb. Bildirilib ki, penitensiar sistemin təkmilləşdirilməsi, o cümlədən yeni müasir penitensiar müəssisə və komplekslərin inşası, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin artırılması üzrə tədbirlər gücləndirilib. 

Penitensiar xidmətin Təşkilat-nəzarət idarəsinin rəisi, ədliyyə polkovniki Musa Hümbətov 2015-ci ilin ilk altı ayı ərzindəki fəaliyyət barədə hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, hesabat dövrü ərzində əməliyyat-axtarış tədbirləri nəticəsində 231 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilən və uzun müddət bağlı qalan bir sıra cinayətlərin üstü açılıb, habelə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısının alınmasına, eləcə də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə xüsusi diqqət yetirilib.

Müşavirədə cəzaçəkmə müəssisələri rəhbərlərinin çıxışları dinlənilib. Qeyd olunub ki, aparılan əməliyyat-baxış tədbirləri nəticəsində hesabat dövründə 103 litr spirtli içki, 180 mobil telefon, 142 qram çəkidə müxtəlif narkotik maddələr aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar tədbir görülməsi üçün aidiyyəti orqanlara təqdim edilib.

Eyni zamanda, vəzifədən sui-istifadə və digər neqativ halların aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb, 6 ay ərzində xidmətin kobud qanun pozuntularına yol verən 142 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 4 əməkdaş ədliyyə orqanlarından xaric edilib.

Müşavirəyə yekun vuran ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev mövcud nöqsan və pozuntulara toxunaraq, fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı hər bir xidmət sahəsi üzrə konkret tapşırıqlar verib, işin səmərəliliyinə və səylərin artırılmasına nail olunması məqsədi ilə xidmət rəhbərliyi tərəfindən əlavə tədbirlərin müəyyənləşdirildiyini diqqətə çatdırıb.


İctimaiyyətlə əlaqələr şöbəsi

29.07.2015

http://penitensiar.justice.gov.az/xeberler/1609.html

Просмотров: 332 | Добавил: Admin | Теги: Azərbaycan, qaçaqmal, Penitensiar Xidmət | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Октябрь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 5
    Гостей: 5
    Пользователей: 0