22 December, 2014 18:20:00
22.12.2014 - cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev İran İslam Respublikasının Xarici işlər Nazirliyinin idarə rəisi Seyid Kazım Səccadi, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri Möhsün Pakayi və İran İslam Respublikasının Azərbaycan espublikasındakı Baş konsulu Vətəni Nasiridən ibarət nümayəndə heyətini qəbul edib.
Qəbul zamanı iki ölkə arasında ədliyyə sahəsində beynəlxalq və ikitərəfli sahədə görülmüş işlər və gələcək əməkdaşlıq barəsində fikir mübadiləsi aparılıb.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Xaricdə Yaşayan İranlılarla İş Üzrə İdarəsinin rəisi cənab Seyid Kazım Səccadi qəbula görə öz minnətdarlığını bildirərək Azərbaycanın cəzaçəkmə müəssisələrindəki İran vətəndaşlarının saxlanma şəraitindən, eləcə də onlarla mütəmadi görüş üçün Səfirlik əməkdaşlarına yaradılan şəraitdən məmnun olduqlarını ifadə edib.
Görüşdə Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi
22.12.2014