"Bu gün Azərbaycan Respublikası, Türkiyə, Küveyt və Yaponiya
həbsxanalarında İran vətəndaşlarının sayı çoxdur. Bu vətəndaşlar
həmin ölkələrin qanunlarını pozduqlarına görə azadlıqdan məhrum
ediliblər”.
Moderator.az-ın APA-ya istinadən məlumatına görə, bunu İranın
ədliyyə nazirinin müavini və məhkumların dəyişdirilməsi üzrə işçi
qrupunun rəhbəri Seyidəli Riysəlsadəti bildirib.
Onun sözlərinə görə, beynəlxalq hüquq İran hökumətini həmin
məhkumlarla bağlı addımlar atmağa imkan verir: "Ancaq bununla belə,
İran vətəndaşlarından xarici ölkələrdə ölkəmizin nüfuzuna xələl
vuracaq hərəkətlər etməməsini istəyirik”.
S.Riysəlsəadəti deyib ki, İranda qanunları pozduğuna görə azadlıqdan
məhrum edilmiş və hazırda həbsxanalarda cəzalarını çəkən Azərbaycan
vətəndaşları var: "Eyni zamanda Azərbaycanda da bu ölkənin
qanunlarını pozduğuna görə azadlıqdan məhrum edilmiş və hazırda
həbsxanalarda cəzalarını çəkən İran vətəndaşları var. Ancaq iki ölkə
arasında məhbusların mübadiləsinə dair müqavilə imzalanıb. Həmin
razılaşmaya əsasən, həmin məhkumların mübadiləsini həyata
keçirəcəklər”.